Milan Skriniar: "Bu, utancverici idi"

Milan Skriniar: \"Bu, utancverici idi\"

İDMAN

Bugün, 10:49

"Fənərbaxça"nın səfərdə "Aston Villa"ya 6-0 hesabı ilə məğlubiyyəti komanda üzvlərini də utandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyundan sonra komandanın  müdafiəşilərindən Milan Skriniar də azarkeşlərdə üzr istəyib.

O, bu məğlubiyyəti haqq etmədiklərii iddia edib: "Bu hesab bu gün bizim üçün utancverici idi. Ancaq daha gizlənməkdən, qaçmaqdan keçib, gələcək oyunlarda özümüzü və üzümüzü göstərməliyik. Bu hesab bu gün bizim üçün utandırıcı idi. Bu cür oynamamalıyıq, topa sahib olmağı itirməməliyik. Səviyyəmizi yüksəltməliyik. Çempionlar Liqasında hər detalın bədəlini ödəyirsən. Bu gün çox böyük səhvlər etdik. Birinci hissədə 2-3 dəqiq qol şansımız oldu, amma bunlardan istifadə edə bilmədik. Bu cür matçda fasiləyə 3-0 hesabı ilə geridə getmək asan deyil. İkinci hissədə oyunu dəyişdirməyə çalışdıq. Rəqib yenidən qol vurandan sonra isə daha da ruhdan düşdük. Təəssüf..."

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR