ƏRDOĞANIN SİYASİ ORTAĞINDAN AZƏRBAYCANA TAM DƏSTƏK GƏLDİ: "Qardaşlığa zərər vurmağa çalışanların qarşısındayıq" - Əliyevlə Ərdoğan oktyabrın sonunda görüşəcək?

ƏRDOĞANIN SİYASİ ORTAĞINDAN AZƏRBAYCANA TAM DƏSTƏK GƏLDİ: \"Qardaşlığa zərər vurmağa çalışanların qarşısındayıq\" - Əliyevlə Ərdoğan oktyabrın sonunda görüşəcək?

SİYASƏT

Bugün, 16:52

Azərbaycanda orta məktəblərdə vahid məktəbli forması ilə bağl qərarı Türkiyədə "Hicab qadağası" kimi yozaraq başda ərdoğanın lideri olduğu AKP-li deputatlıar və onun müşaviri olmaqla bəzi dindar qruplar tərəfindən ölkəmizə "ağıl verməyə" çalışılması hər iki ölkədə üstün düşüncə sahibləri tərəfindən sərt qarşılanıb.

Mia.az xəbər verir ki, Milli Məclsiin və YAP-ın simasında ard-arda verilən bəyanatlardan sonra bu gün Türkiyənin aparıcı partiyalarından olan və prezident Ərdoğanın lideri olan Cumhur İttifaqındakı əsas ortağı MHP lideri Dövlət Baxçalıdan Azərbaycana tam dəstək mesajı gəlib.

O, iki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq əlaqələrə istinad edərək qardaşlığa zərər vurmağa yönəlmiş istənilən yanaşmanın qarşısında olacaqlarını bəyan edib: "Türk dünyası, xüsusən də Azərbaycan arasındakı qardaşlığa və emosional bağlara zərər verəcək heç bir nifaq toxumu səpilməməlidir".

MHP liderinin sözlərinə görə, oktyabrın son həftəsində Ankarada Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında sədrlik Azərbaycandan Türkiyəyə keçəcək: "Qlobal miqyasda siyasi, iqtisadi və geosiyasi inkişafların sürətləndiyi bir dövrdə Türk Dövlətləri Təşkilatının əldə etdiyi uğur, birlik və inkişaf yolu Türk dünyasının gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatı ortaq tariximizin, mədəniyyətimizin və gələcəyə dair ortaq vizyonumuzun institusional təməlinə çevrilib. Adriatik dənizindən Çin Səddinə qədər uzanan geniş Türk dünyasında siyasi iradənin gücləndiyi, iqtisadi və ticarət əlaqələrinin inkişaf etdiyi, nəqliyyat və enerji əlaqələrinin genişləndiyi yeni bir dövr formalaşır.

Bir çox sahələrdə, xüsusən də müdafiə sənayesi, texnologiya, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarının artması türk dövlətləri arasında münasibətlərin çoxölçülü bir quruluş qazandığını göstərir.

Lakin, Türk Dövlətləri Təşkilatı daxilindəki münasibətlərin əsasında hər bir üzv dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və daxili qanunlarına hörmət prinsipi dayanır. Hər bir Türk Respublikası öz daxilində müstəqil və suverendir. Türkiyə və Azərbaycan, Egeydən Xəzər dənizinə, keçmişdən gələcəyə qədər ortaq irsin eyni coğrafi ərazisində yerləşən iki güclü dövlətdir. Türk dövlətləri arasında əməkdaşlıq suverenliyin bu anlayışına əsaslanır: qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında inkişaf edir.

Türkiyənin Türk Dövlətləri Təşkilatına rotasiya əsasında sədrlik etməsi də bu inkişaflardan irəli gələn mühüm məsuliyyət və fürsətdir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər bu prosesin ən güclü sütunlarından biridir. İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq əlaqələri, siyasi inkişaflardan kənarda, xalqlarımızın ortaq yaddaşına və emosional bağına əsaslanır.

Bu baxımdan, Qarabağ qələbəsinin Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev və Prezidentimiz Rəcəb Tayyib Ərdoğan arasında sammitdə keçiriləcək görüş bir daha Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini nümayiş etdirəcək. Biz buna inanırıq.

Oktyabrın son həftəsində Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü bu baxımdan tarixi əhəmiyyət kəsb edir".

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR