Musa Musayev: "Bulanıq suda balıq tutmaq istəyənlər də var" - "Səfirliyimizin qarşısına toplaşan başıpozuq dəstələr nə bizi, nə də Türkiyəni istəyənlərdir"

Musa Musayev: \"Bulanıq suda balıq tutmaq istəyənlər də var\" - \"Səfirliyimizin qarşısına toplaşan başıpozuq dəstələr nə bizi, nə də Türkiyəni istəyənlərdir\"

SİYASƏT

Bugün, 12:17

"Neçə gündür ki, gündəmi zəbt edən “Hicab “ məsələsinə mətbuatda, televiziyada, sosial şəbəkələrdə və qonşu dövlətlərdəndə münasibətlər bildirilir, bəzəndə xoşa gəlməyən hallar və hadisələrlə rastlaşırıq. Bundan istifadə edən bəzi yaramazlar, istər Azərbaycanda, istərsə də qonşu dövlətlərdə olan sapı özümüzdən olan baltalar aranı qarışdırıb, bulanıq suda balıq tutmaq istəyənlər də var. Biz heç kimin daxili işlərinə qarışmırıq, imkan da vermərik ki, kimsə də bizim daxili işlərimizə qarışsın".

Mia.az xəbər verir ki, bu sözləri YAP-ın məşhur  funksioneri, sabiq deputat  Musa Musayev Facebook-dakı hesabında yazıb.

O, Azərbaycanın suveren, müstəqil və qalib dövlət kimi bütün qonşu dövlətlərlə qonşuluq, sülh, dostluq şəraitində öz inkişaf yolunda olduğunu xatıradıb. Bildirib ki, işğalda olan torpaqlarımız azad edildikdən sonra bəzi dövlətlər bizə qısqanc münasibət bəsləyirlər və bu da başa düşüləndir:

"Türkiyədə son günlər İstanbuldakı Konsulluğumuzun və Ankaradakı Səfirliyimizin qarşısına toplaşan az sayda başıpozuq dəstələr nə bizi, nə də Türkiyəni istəyənlərdir. Onların nə istədikləridə bəlli deyil və onların səsləndirdikləri şüarların qardaş türklərə heç bir aidiyyatı yoxdur.

Atatürk əsrin əvvəlində demişdir: Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.

Əsrimizin axırında da Ulu Öndərimiz Heydər Əliyev demişdir: Azərbaycan və Türkiyə, biz bir Millət və iki Dövlətik!".

Musa Musayevin sözlərinə görə, 100 illik tarixi olan bu kəlamlar bu gün də belədir və gələcəkdə də belə olacaq: "Heç bir dövlət və heç bir millət Azərbaycan - Türkiyə qardaşlığına kölgə sala bilməz. İstər Azərbaycanda, istərsə də Türkiyədə bəzi qızışdırıcı qüvvələr və insanlar var və onlar öz layiqli cəzalarını alacaqlar.

Azərbaycanın tutduğu yol haq yoludur və nəyi nə zaman necə etmək lazımdır, onu çox yaxşı bilir və heç bir xarici təsir də bizi öz yolumuzdan döndərə bilməz. Hərə öz işiylə məşğul olmalıdır!

Paylaşdığım şəkildə (Yazıya əlavə olunub - Mia.az) tükiyəli dostum-qardaşım Cəmal Ozcan bəydir! Bizim dostluğumuza və qardaşlığımıza heç kim xələl gətirə bilməz! Yaşasın Azərbaycan - Türkiyə qardaşlığı!

F.ƏHMƏD

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR