Media və Yayım Şurasından bəyanat: "İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib"
SİYASƏT
Bugün, 10:25
"İran və Türkiyədən, xüsusilə "Telegram" və "TikTok" platformaları üzərindən məqsədyönlü informasiya hücumlarının intensivləşməsini informasiya təhlükəsizliyinin qorunması, dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq prinsipləri ilə uzlaşmayan hal kimi qiymətləndirir və qətiyyətlə pislənilir".
Mia.az xəbər verir ki, bu barədə Media və Yayım Şurası bəyanat yayıb.
Bəyanatda deyilir ki, son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur:
"Siyasi-ideoloji motivlərlə müşayiət olunan, ictimai rəyin manipulyasiyası və ölkənin daxili məsələlərinə müdaxilə xarakteri daşıyan bu cür fəaliyyət informasiya məkanından sui-istifadənin və ictimai etimadı sarsıtmaq cəhdlərinin qəbuledilməz nümunəsidir. Eyni orfoqrafik xətalar və yazı üslubu ilə kütləvi paylaşımların olunması, oxşar şərhlərin ardıcıl surətdə "copy-paste" edilməsi, eləcə də ölkəmizə heç bir aidiyyəti olmayan foto və video materialların montaj edilərək yayılması koordinasiyalı şəkildə həyata keçirilən trol hücumlarının primitiv və asanlıqla müəyyənləşdirilən üsuludur".
Bildirilib ki, paylaşım edənlərin xaricidilli olmasına baxmayaraq Azərbaycan dilində yaradılmış bir həştəqlə qısa zaman ərzində 400-dən çox postun paylaşılması, bir çox hallarda bu məzmunun sadəcə həştəqdən ibarət olması və bir hesabdan dəfələrlə eyni məzmunun tirajlanması bu kampaniyaların manipulyativ xarakterini açıq şəkildə nümayiş etdirir:
"Onların təşkilatçılarına və iştirakçılarına qarşı haqlı ictimai narazılıq və hiddət yaradır. Müxtəlif anonim hesablar vasitəsilə bu kimi paylaşımların həyata keçirilməsi, habelə neqativ şərh və reaksiyalar vasitəsilə vətəndaşların ictimai qaydanı pozmağa təşviq edilməsi həm Azərbaycanın, həm də beynəlxalq qanunvericiliyin tələblərinə tamamilə ziddir və hüquqi məsuliyyət yaradır".
Media və Yayım Şurasının açıqlamasında qeyd edilib ki, həmin ölkələrin media və sosial media seqmentində Azərbaycan haqqında əsassız və qərəzli materialların, Azərbaycan dövlətinin və xalqının ünvanına hədə, təhdid və təhqirin adi hala çevrilməsi, bununla bağlı hakimiyyət orqanları tərəfindən heç bir tədbir görülməməsi ictimaiyyətimiz arasında narahatlıq və ciddi narazılıq doğurur.
Media və Yayım Şurası bir daha vətəndaşları, media subyektlərini və sosial media istifadəçilərini bu cür manipulyativ kampaniyalara qarşı ayıq-sayıq olmağa, həqiqətə uyğun olmayan məlumatların yayılmasında iştirak etməməyə və ölkəmizin nüfuzuna xələl gətirməyə yönəlmiş cəhdlərə qarşı məsuliyyətli və prinsipial mövqe nümayiş etdirməyə çağırır".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Osimhen Lamine Yamalın qolundan tutaraq bacısı ilə şəkil çəkdirməyə aparıb - FOTOLAR
Bugün, 11:22 İDMAN
-
"Hyundai Sonata" 9 minə, "Chevrolet Niva" 7800 manata... - Daha 155 nəqliyyat vasitəsi özəlləşdirildi
Bugün, 11:06 İQTİSADİYYAT
-
Röya Ayxan məktəbli geyimindən yazdı: "Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz"
Bugün, 10:59 MƏDƏNİYYƏT
-
Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - MƏTN
Bugün, 10:31 GÜNDƏM
-
Media və Yayım Şurasından bəyanat: "İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib"
Bugün, 10:25 SİYASƏT
-
Azərbaycan ordusunun ilk qadın snayperi vəfat edib
Bugün, 10:17 CƏMİYYƏT
-
Husilər Səudiyyə Ərəbistanını "can damarı"ndan vurdu
Bugün, 10:08 DÜNYA
-
Halk TV-yə qəyyum təyin edildi, yayım dayandırıldı
Bugün, 10:00 PRESS
-
Azərbaycan nefti 4 dollar ucuzlaşdı
Bugün, 09:24 İQTİSADİYYAT
-
Çempionlar Liqası: 9 oyun keçirilib, hansı komandalar qalib gəlib?
Bugün, 09:16 İDMAN
-
Xarici haker qruplaşması Azərbaycanda 100-dən artıq dövlət domenini hədəfə alıb
Bugün, 09:05 PRESS
-
Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya 4 qolla məlub oldu
Bugün, 00:51 İDMAN
-
Dünyaca məşhur aktyor özündən 29 yaş balaca sevgilisi ilə göründü - FOTOLAR
Bugün, 00:48 ŞOU-BİZNES
-
Polşa XİN başçısından Moskvaya çox sərt xəbərdarlıq: "...bunun üçün cəsədlərimizi çeynəməlisiniz" - "Rusiyanın gücü göründüyü qədər böyük deyil"
Bugün, 00:25 GÜNDƏM
-
Türkiyədə 69 yaşlı yazıçının qoluna qandal taxdılar - İŞİD-mi ittihamı ilə
Bugün, 00:07 MƏDƏNİYYƏT
-
Danimarka və Almaniyanı birləşdirən tunel tikintisinə kiberhücum oldu
Bugün, 00:02 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Papa XIV Leo xəstəxanaya yerləşdirildi: "Düzünü desəm, narahatam, çünki..."
13.10.2026, 22:55 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah" tarixi qələbə qazandı (Yenilənib)
13.10.2026, 22:45 İDMAN
-
Ankaradan gələn "fərman"a Bakıdan sərt cavab – Kimsə Sultan deyil, Türkiyə də Osmanlı…
13.10.2026, 22:43 GÜNDƏM
-
Trampın keçmiş gəlini vəzifədən azad edildi - Açıqlamalar
13.10.2026, 21:13 DÜNYA
-
Trampdan Rusiya ilə Ukrayna arasında son anlaşmaya reaksiya: "Hər iki tərəf atəşkəsi pozub"
13.10.2026, 20:54 GÜNDƏM
-
Naxçıvanda maraqlı təbiət hadisəsi... - FOTOLAR
13.10.2026, 19:28 GÜNDƏM
-
Rıdvan Dilmendən "Qalatasaray" - "Barselona" matçı ilə bağlı proqnoz: "Onlar ən azı 2-3 dəqiq qol imkanına sahib olacaq"
13.10.2026, 19:20 İDMAN
-
UEFA Fatih Terimə vəzifə verdi
13.10.2026, 19:08 İDMAN
-
Türkiyə və İran XİN başçıları müzakirə aparıb
13.10.2026, 19:02 DÜNYA
-
Fələstinin erməni əsilli XİN başçısı Bakıya gəlir
13.10.2026, 18:59 GÜNDƏM
-
İki tələbə imtahana süni intellektlə işləyən eynəklərlə girib
13.10.2026, 18:07 DÜNYA
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ - Hansı qanunlar dəyişir? (SİYAHI)
13.10.2026, 18:00 GÜNDƏM
-
Şeyx son gərginlikdən danışdı: "Amma kiminsə gözü bunu götürmür, görmür və görmək istəmirsə..."
13.10.2026, 17:48 SİYASƏT
-
Qara dənizdə azərbaycanlıların olduğu iki gəmiyə hücum oldu - Rəsmi Bakıdan bəyanat
13.10.2026, 17:33 GÜNDƏM
-
Milli Məclis bəyanat yaydı: "Təəssüflə qeyd etmək istəyirik ki, AK Parti iqtidarı..."
13.10.2026, 17:32 SİYASƏT
-
Qırğızıstan və Özbəkistan prezidentləri sabah Azərbaycana gəlir
13.10.2026, 17:30 GÜNDƏM
-
Tedesco türk klubunun tıklifinə "yox" dedi
13.10.2026, 17:23 İDMAN