Milli Məclis bəyanat yaydı: "Təəssüflə qeyd etmək istəyirik ki, AK Parti iqtidarı..."
SİYASƏT
13.10.2026, 17:32
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb.
Mia.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Bəyanatda deyilir:
"Son dövrlərdə Türkiyənin bəzi media orqanlarında və sosial media platformalarında Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparılması, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bəzi millət vəkilləri, Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral tərəfindən ölkəmizlə bağlı əsassız ittihamların səsləndirilməsi Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunda ciddi narahatlıq və təəssüf doğurur.
Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur. Azərbaycan müstəqil və suveren dövlətdir, daxili və xarici siyasətini öz milli maraqlarına və Konstitusiyasına uyğun müəyyən edir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi "Bir millət, iki dövlət" prinsipi məhz iki müstəqil və suveren dövlətin mövcudluğunu nəzərdə tutur. Bu prinsipin mahiyyətinin təhrif edilməsi, ondan Azərbaycanın daxili işlərinə müdaxilə etmək, kənar siyasi və ideoloji yanaşmaları Azərbaycan cəmiyyətinə diktə etmək üçün əsas kimi istifadə olunması qəbuledilməzdir.
Azərbaycanın dünyəvi dövlət quruluşu və dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur. Ölkəmizdə təhsil siyasəti dünyəvilik, bərabərlik və bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması prinsiplərinə əsaslanır. Təhsil müəssisələrində tətbiq olunan qaydalar bütün vətəndaşlara eyni şəkildə şamil edilir və hər hansı dini mənsubiyyətə qarşı yönəlməyib. Bu məsələlərin dini və ideoloji müstəvidə siyasiləşdirilməsi, Azərbaycanın konstitusion quruluşuna və təhsil siyasətinə qarşı əsassız ittihamların irəli sürülməsi yolverilməzdir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, xalqımıza, onun tarixinə və böyük şəxsiyyətlərinə qarşı təhqir və böhtan xarakterli ifadələrin işlədilməsi də qəbuledilməzdir və Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Təəssüflə qeyd etmək istəyirik ki, AK Parti iqtidarı bütün bunların qarşısının alınması istiqamətində heç bir addım atmır. Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri qarşısında təxribatçı aksiyaların keçirilməsinə və bununla bağlı çağırışlara dözümlü münasibətin göstərilməsi də bir sıra suallar doğurur.
Hesab edirik ki, Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi xarakteri siyasi məsuliyyət, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə riayət olunmasını tələb edir. Ayrı-ayrı siyasi xadimlərin açıqlamaları iki ölkə arasında münasibətlərə xələl gətirməməlidir.
Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq gözləntimiz budur ki, Türkiyənin müvafiq siyasi dairələri, o cümlədən parlamentdə təmsil olunan hakim siyasi partiya təmsilçiləri bu həssas məsələlərə məsuliyyətlə yanaşacaq, Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna hörmət nümayiş etdirəcək, münasibətlərimizə mənfi təsir göstərə biləcək açıqlamalardan çəkinəcəklər".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
BU GÜN ZƏFƏR GÜNÜDÜR
Bugün, 00:02 GÜNDƏM
-
ƏRDOĞAN AZƏRBAYCANA GƏLİR: "Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur" (YENİLƏNİB)
07.11.2026, 22:11 GÜNDƏM
-
Hacıqabulda "8 Noyabr – Zəfər Günü"nə həsr olunmuş bayram konserti keçirilib - FOTOLAR
07.11.2026, 20:28 GÜNDƏM
-
DİN: "Zəfər Günün mübarək, Azərbaycan!" - VİDEO
07.11.2026, 20:28 GÜNDƏM
-
"Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Prezidentdən yeni paylaşım + VİDEO
07.11.2026, 20:23 GÜNDƏM
-
Ermənistan Təhlükəsizlik Şurası: "Biz niyə türklərlə savaşmalıyıq? - "70 il ərzində bizə aşılanan, guya Rusiyadan yapışmaq lazımdır, əks halda türklər..."
07.11.2026, 18:00 SİYASƏT
-
Zəfərimizin 6-cı ildönümü: “Zəfər Nəğməsi” adlı musiqili aksiya keçirilib - VİDEO
07.11.2026, 17:42 MƏDƏNİYYƏT
-
Əkin sahələrinin suvarılmasına 477 milyon manat xərclənəcək
07.11.2026, 17:07 İQTİSADİYYAT
-
"Cənab Prezident, əziz Qardaşım..." - Ərdoğan İlham Əliyevə daha bir məktub göndərdi
07.11.2026, 14:11 GÜNDƏM
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq verilib
07.11.2026, 13:51 GÜNDƏM
-
POLKOVNİKLƏR GENERAL-MAYOR, GENERAL-MAYOR İSƏ GENERAL-LEYTENANT OLDU - Prezident onlara ali hərbi rütbələr verdi
07.11.2026, 13:32 GÜNDƏM
-
Prezident Ağdamda - FOTOLAR (YENİLƏNİB)
07.11.2026, 12:51 GÜNDƏM
-
Sabah yağış yağacaq
07.11.2026, 12:31 CƏMİYYƏT
-
Əli Əsədovun müavini təqaüdə göndərilir?
07.11.2026, 12:09 SİYASƏT
-
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTOLAR
07.11.2026, 12:02 GÜNDƏM
-
Bu bölgələrə qar yağır
07.11.2026, 11:53 CƏMİYYƏT
-
RAMİZ MEHDİYEVİN HƏBİBBƏYLİ İLƏ BAĞLI PLANI... - "Bu, yeni bir qarayaxma oyunu düzəltməyə xidmət edir”
07.11.2026, 11:21 GÜNDƏM
-
İlham Əliyev Xankəndi və Şuşada - FOTOLAR (Yenillənib)
07.11.2026, 09:55 GÜNDƏM
-
Azərbaycan nefti cüzi bahalaşdı
07.11.2026, 09:27 İQTİSADİYYAT
-
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
07.11.2026, 09:08 SİYASƏT
-
Prezidentlə kişi sakini arasında səmimi söhbət: "Qonşuyuq?" - VİDEO
07.11.2026, 00:01 GÜNDƏM
-
İsrail Livanda 16 min hektardan çox əkin sahəsini yandırıb
06.11.2026, 21:59 DÜNYA
-
Viktor Osimhen əməliyyat olunacaq - Klub açıqlama yaydı
06.11.2026, 21:59 İDMAN
-
Zakir Qaralovun əmisi qızı təqaüdə göndərildi - TƏBİB-dən daha bir diqqətçəkən dəyişiklik
06.11.2026, 21:46 CƏMİYYƏT
-
“Sözümüz imzamızdır” və “Arı” kitablarının təqdimat mərasimi keçirilib - FOTOLAR
06.11.2026, 21:33 PRESS
-
MƏŞHUR OMİD MAĞAZALAR ŞƏBƏKƏSİNİN RƏHBƏRİ VƏ SATIŞ MÜDİRİ TUTULDU - Səbəb + VİDEOLAR (YENİLƏNİB)
06.11.2026, 20:24 KRİMİNAL
-
Naxçıvan MR-ın Bakıdakı Daimi Nümayəndəliyi ləğv edildi - Rəsmi qərar verildi
06.11.2026, 20:18 SİYASƏT
-
PROKUROR TƏHSİL EKSPERTİNƏ HƏBS CƏZASI İSTƏDİ
06.11.2026, 20:11 GÜNDƏM
-
İcra başçısının dayısı oğlu toyda qəfil vəfat etdi
06.11.2026, 19:51 CƏMİYYƏT
-
"Netflix"in 10 illik yubileyinə "damğa" vuran daha bir aktrisa... - FOTO
06.11.2026, 19:50 ŞOU-BİZNES
-
Cəlilabadda "Azərişıq" özbaşınalığı: 220 əvəzinə 160-170 volt, tez-tez kəsilən işıq, xarab olan məişət avadanlıqları...
06.11.2026, 19:49 CƏMİYYƏT
-
"Eşref Rüya" ilə məşhurlaşan aktrisanın geyimi gündəm oldu - FOTO
06.11.2026, 19:05 ŞOU-BİZNES
-
Adada ABŞ-ın MQ-1 PUA-sı vurulub
06.11.2026, 18:16 DÜNYA
-
Prezident və birinci xanım Qarabağda: İlham Əliyev sakinlərlə görüşdü, yeni kənd və obyektlərin açılışı oldu - VİDEO, FOTOLAR (YENİLƏNİB)
06.11.2026, 18:01 GÜNDƏM