Ər-Riyaddakı Kral Xalid Hava Limanına növbəti dəfə zərbə endirilib

Ər-Riyaddakı Kral Xalid Hava Limanına növbəti dəfə zərbə endirilib

DÜNYA

Bugün, 00:03

Yəməndəki husi qruplaşması Ər-Riyaddakı Kral Xalid Hava Limanına növbəti dəfə zərbə endirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası bəyanat yayıb.

Bəyanatda deyilir ki, Ər-Riyaddakı Kral Xalid Hava Limanının 4-cü Terminalının sərnişin salonuna  zərbə endirlib: "Nəticədə yanğın baş verib. Yanğın operativ müdaxilə ilə söndürülüb. Təəssüf ki, yaralananlar var".

Məlumatda yaralananların sayı və ya vəziyyəti barədə məlumat verilməyib.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR