Kılıçdaroğlu Ərdoğanın partiyasına qatılan bələdiyyə sədri haqda elə iddia irəli sürdü ki? - "Sizcə, o, AK Partiyaya xidmət edəcək?

Kılıçdaroğlu Ərdoğanın partiyasına qatılan bələdiyyə sədri haqda elə iddia irəli sürdü ki? - \"Sizcə, o, AK Partiyaya xidmət edəcək?

GÜNDƏM

09.10.2026, 23:12

CHP sədri Kamal Kılıçdaroğlu CHP-dən istefa verərək Ərdoğanın lideri olduğu AK Partiyaya qatılan İzmir Böyükşəhər Bələdiyyəsinin sədri  Cəmil Tuqay haqqında sensasiyalı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, KRT TV-nin canlı yayımında danışan Kılıçdaroğlu onun AKP-yə də səmimi şəkildə xidmət edəcəyinə inanmadığına eyham vurub.

CHP sədri bildirib ki, bələdiyyə sədrinin vaxtilə partiyaya verdiyi özəl hesabatlar var: "Cəmil Tuqayın bizm partiyada olduğu müddətdə apardığı əməliyyatlar, özəl hesabatlar partiyanın arxivindədir. İndi Böyükşəhər Bələdiyyə sədri kimə xidmət edəcək? O, AK Partiyaya xidmət edəcək? Bu, doğru deyil".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR