Adanı tısbağalar basıb - 180 min...

Adanı tısbağalar basıb - 180 min...

DÜNYA

Bugün, 09:20

Dünyanın ən böyük sərbəst gəzən nəhəng tısbağa populyasiyasından narahatlığın artığı bir dönəmdə gözlənilməz hal ortaya çıxıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bir vaxtlar nəsli kəsilməkdə olan növün sürətlə artdığı üzə çıxarılıb.

Məlumaa əsasən, Seyşel adaları Fondu (SIF) və Ekseter Universitetinin rəhbərliyi ilə aparılan son tədqiqatlar göstərir ki, Seyşel adada təxminən 180.000 tısbağa yaşayır: "Seyşel adalarındakı Aldabra Atollunda yaşayan bu tısbağa populyasiyası bu növ üçün indiyə qədər qeydə alınan ən yüksək göstəricidir".

Məlumat üçün qeyd edək ki, Aldabra Atolu dünyada nəhəng tısbağaların vəhşi təbiətdə aşkarlandığı iki yerdən biridir. Digər daha kiçik populyasiya isə Qalapaqos adalarında yaşayır.

SIF-in icraçı direktoru Frauke Fleisher-Dogley bildirib ki, 180.000-dən çox nəhəng tısbağanın qorunması üçün müvafiq tədbirlər görülür.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR