İran Prezidenti: "ABŞ və İsrailin Xəzər dənizində və..."

İran Prezidenti: \"ABŞ və İsrailin Xəzər dənizində və...\"

SİYASƏT

Bugün, 20:26

"Dünyanın hazırda çoxsaylı böhranlar, geosiyasi rəqabət və müharibələr, eləcə də birtərəfli sanksiyalar və çoxtərəfliliyin zəifləməsi ətraf mühit və ekoloji böhranları dərinləşdirib".

Mia.az xəbər verir ki, bunu  İran Prezidenti Məsud Pezeşkian Türkmənistanda Xəzəryanı ölkələrin dövlət başçılarının görüşündə deyib.

O bildirib ki, ətraf mühit siyasi mübahisələrə, iqtisadi rəqabətə və ya xarici müdaxilələrə qurban verilməməlidir: "Xəzər dənizi sahili dövlətləri regional əməkdaşlıq və milli suverenliyə hörmət çərçivəsində elmi, texniki, maliyyə və humanitar imkanları ilə Xəzər dənizinin taleyini müəyyən etməlidirlər".

ABŞ və İsrailin Xəzər dənizində, İranın Gilan əyalətindəki Bəndər Ənzəliyə hücumları və Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumunu xatırladan Pezeşkian bildirib ki, sahil limanlarına, gəmilərə, yanacaq anbarlarına, sənaye obyektlərinə və dəniz infrastrukturuna hücumlar bölgədə  sülh və təhlükəsizliyi poza bilər: "Bu, həmçinin transsərhəd ekoloji problemlərə yol aça bilər".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR