ABŞ Dövlət katibi Nobel mükafatçısına qəzəbləndi: "Ya  BCM təhdidlərini dayandıracaq, ya da bz onu ortadan qaldıracağıq"

ABŞ Dövlət katibi Nobel mükafatçısına qəzəbləndi: \"Ya  BCM təhdidlərini dayandıracaq, ya da bz onu ortadan qaldıracağıq\"

DÜNYA

09.10.2026, 23:29

ABŞ Dövlət Katibi Marko Rubio Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sabiq hakimi  Navi Pillayın 2026-cı il Nobel Sülh Mükafatı almasına çox sərt reaksiya verib.

Mia.az xarici mətbuata istinqadla xəbər verir ki, o, ABŞ-ın artıq Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiyalar tətbiq etmək qərarına gəldiyini təsdqiləyib.

O, BCM-in 2024-cü ilin noyabr ayında Qəzzada soyqırımda iştirak etdiklərinə görə İsrail Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant üçün həbs orderləri verməsindən sonra, daha dəqiqi, avqust ayında BCM-in hakimlərinə və prokurorlarına sanksiyalar tətbiq etdiyini, lakin qərarın icrasının bu gündən başlayaraq yerinə yetiriləcəyini bəyan edib: "Prezident Tramp heç vaxt Beynəlxalq Cinayət Məhkəməsinin amerikalıları mühakimə etməsinə icazə verməyəcək. Buna görə də bu gün ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edir".

Məhkəmənin üzvü olmadıqlarını və bu məhkəmənin Amerika vətəndaşları üzərində hər hansı bir yurisdiksiyaya malik olduğunu qəbul etmədiklərini vurğulayan Rubio BCM-nin istənilən vaxt belə bir addım atmasının qarşısını almaq üçün sanksiya qərarını qəbul etdiklərini iddia edib: "Ya BCM təhdidlərini dayandıracaq, ya da biz onu aradan qaldıracağıq. Əgər onlar bunu etməsələr, ABŞ amerikalılar artıq təhlükə altında qalmayana qədər Beynəlxalq Cinayət Məhkəməsini mərhələ-mərhələ dağıtmağa davam edəcək".

Maraqlı budur ki, ABŞ-ın bu sanksiyaları tətbiq etmək qərarı məhkəmənin keçmiş hakimi və İsrailin Qəzzada soyqırım törətdiyini yekunlaşdıran Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatının əsas müəllifi Pillayın Nobel Sülh Mükafatını qazanmasından bir neçə saat sonra verilib.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR