Prokuror olmaq istəyənlər imtahan verdi

Prokuror olmaq istəyənlər imtahan verdi

CƏMİYYƏT

Bugün, 14:07

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Mia.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçirilib.

İmtahan elektron qaydada kompüterlər vasitəsilə aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.

İmtahanda iştirak etmiş 325 namizəddən 137 nəfər müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR