KİYEV MERİ PAYTAXTA QORXU SALDI: "İmkanı olan şəhəri tərk etsin..." - "Biz Putinə arzuladığı bu "ən yaxşı ssenari"ni qətiyyən verməyəcəyik"

KİYEV MERİ PAYTAXTA QORXU SALDI: \"İmkanı olan şəhəri tərk etsin...\" - \"Biz Putinə arzuladığı bu \"ən yaxşı ssenari\"ni qətiyyən verməyəcəyik\"

GÜNDƏM

Bugün, 13:21

Ukraynann paytaxtı Kiyevin meri Vitali Kliçko paytaxt əhalini qorxuya salacaq xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Rusiyanın hücumlarının intensivləşməsinin gözlənildiyi qış aylarının çox sərt keçəcəyinin anonsunu verməklə yetinməyib, paytaxt əhalisinə "imkanı olan şəhəri tərk etsin" mesajı ünvanlayıb.

O bildirib ki, şəhər xaricində yaşayış yeri olan vətəndaşlar müvəqqəti olaraq Kiyevi tərk etməlidir: "Şəhərdə yanacaq, ərzaq və içməli su ehtiyatları var, toplanır. Lakin sərt qış aylarında hava hücumlarından müdafiə sistemlərimızın sıradan çıxması və ya yetərsiz qalması halında çox ağır vəziyyət yaranacaq. Düzdür, şəhərin bəzi bölgələrində alternativ istilik sistemləri qışa hazırlanır, ancaq etiraf edim ki, bu, yetərli olmaya bilər. Paytaxtımızı çox sərt qış gözləyir". 

Mer şəhəri tərk edəcək vətəndaşlara xitabən deyib ki, bu, müvəqqəti tədbir olaraq nəzərdən keçirilir: "Yəni, Kiyevin tamamilə təxliyəsi gündəmdə deyil. Paytaxtda yaşayan hər kəsin şəhəri tərk etməsi və ya təxliyəsi Rusiya prezidenti Vladimir Putinin istədiyi haldır. Biz Putinə arzuladığı bu "ən yaxşı ssenari"ni qətiyyən verməyəcəyik".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR