Səhiyyə Nazirliyindən taun xəstəliyi ilə bağlı - Açıqlama
CƏMİYYƏT
Bugün, 14:54
Rusiyada taunla bağlı aşkarlanan hal Azərbaycanda da epidemioloji təhlükəsizlik məsələsini gündəmə gətirib.
Bəs taun xəstəliyi ilə bağlı Azərbaycanda vəziyyət necədir?
Mia.az xəbər verir ki, məsələ ilə bağlı Pravda.az Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Məlumatda qeyd edilib ki, hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur: “Bununla yanaşı, epidemioloji vəziyyət daim qiymətləndirilir və ehtiyac yarandığı halda müvafiq tədbirlər operativ şəkildə gücləndirilə bilər. Ölkəmizdə son 50 il ərzində taun xəstəliyinə yoluxma halı qeydə alınmayıb. Azərbaycanda epidemioloji vəziyyət sabitdir və aidiyyəti qurumların nəzarəti altındadır. Rusiyadan ölkəmizə gələn şəxslərlə bağlı sanitariya-epidemioloji nəzarət tədbirləri qüvvədə olan tələblərə uyğun keçirilir. Şübhəli hal aşkarlandığı təqdirdə, xəstədən götürülmüş nümunələrin laborator müayinəsi Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyasında həyata keçirilə bilər. Mərkəz bu istiqamətdə müayinələrin aparılması üçün zəruri avadanlıq və ləvazimatlarla təmin olunub. Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin fəaliyyət istiqamətlərinə taun və digər xüsusi təhlükəli infeksiyalar üzrə epidemioloji nəzarət daxildir”.
Qeyd edilib ki, taun əsasən təbii ocaqlı infeksiyadır və törədicisi Yersinia pestis bakteriyasıdır: “Xəstəlik təbiətdə əsasən gəmiricilər və birələr arasında dövr edir. İnsanın yoluxması, əsasən, yoluxmuş heyvan və ya birələrlə təmas, habelə bəzi hallarda xəstəliyin ağciyər forması zamanı tənəffüs yolu ilə baş verə bilər. Taun müalicə olunan xəstəlikdir və erkən diaqnostika ilə vaxtında tibbi müdaxilə mühüm əhəmiyyət daşıyır. Bununla belə, hazırkı məlumatlara əsasən, Azərbaycan əhalisi üçün xüsusi narahatlığa əsas verən vəziyyət mövcud deyil. Vətəndaşlara yalnız rəsmi məlumatlara istinad etmələri tövsiyə olunur”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İdarə rəisi təqaüdə göndərilib
Bugün, 16:06 CƏMİYYƏT
-
Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların satışına qadağa qoyulub
Bugün, 16:06 İQTİSADİYYAT
-
Azərbaycan və Ermənistan rəsmiləri görüşdü - Gorusda
Bugün, 15:55 SİYASƏT
-
"Hazırda Cənubi Qafqazdakı durum tərəflər arasında üçtərəfli görüşü zəruri edir" - Putin, Əliyev və Paşinyan Türkmənsitanda görüşəcək?
Bugün, 15:37 SİYASƏT
-
Ukrayna ilə Cənubi Koreya arasındakı qalmaqal böyüdü - Asiya ölkəsi səfirini geri çağırdı
Bugün, 15:36 DÜNYA
-
Müdafiə Nazirliyi hərbi vəzifəlilərlə bağlı məlumat yaydı
Bugün, 15:25 GÜNDƏM
-
TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir - Açıqlama + VİDEO (YENİLƏNİB)
Bugün, 15:17 CƏMİYYƏT
-
Dövlət Komitəsinin sədr müavini vəzifədən azad edildi, yeni təyinat oldu - SƏRƏNCAM
Bugün, 15:13 GÜNDƏM
-
İstanbulda əyləncə klubunda atışma: polis və daha bir nəfər öldürüldü, 2 yaralı var
Bugün, 15:03 KRİMİNAL
-
Səhiyyə Nazirliyindən taun xəstəliyi ilə bağlı - Açıqlama
Bugün, 14:54 CƏMİYYƏT
-
Pensiya qanunvericiliyinə dəyişiklik - Kimlərin pulu azalacaq? + VİDEO
Bugün, 14:30 İQTİSADİYYAT
-
Azərbaycanda "Stop-Kredit" xidməti istifadəyə verildi
Bugün, 14:29 İQTİSADİYYAT
-
Abşeron xəstəxanasında şok olay: Baş həkimin müavinini kim və niyə vurub? - TƏBİB-in keçmiş rəhbərinin yaxın qohumu imiş (YENİLƏNİB)
Bugün, 14:24 CƏMİYYƏT
-
Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü oldu - Nələr müzakirə edilib? + FOTO
Bugün, 14:12 GÜNDƏM
-
Ər-Riyad Dəməşq rejimindən tələb etdi: Suriya Yəmənə 20.000 əsgər göndərir? - Yaxın Şərqdəki müsəlman ölkələri çox böyük risklə üz-üzə!
Bugün, 14:08 GÜNDƏM
-
Şərhçinin stadiondakı davranışı gündəm oldu - FOTOLAR
Bugün, 13:49 İDMAN
-
Vinçenzo Montella gedir, Arda Turan gəlir: "TFF artıq onu artan təzyiqlərdən qoruya bilmir"
Bugün, 13:40 İDMAN
-
“FotoBax” Milli Fotomüsabiqəsinə müraciət üçün 3 gün qaldı!
Bugün, 13:19 PRESS
-
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər
Bugün, 13:07 GÜNDƏM
-
“Kristal”ın “Park Əcəmi” layihəsində fantastik qiymətlər: 66 kv.metrlik 2 otaqlı bina evi 470 000 manata alıcıya yüklənir - CƏDVƏL
Bugün, 12:40 CƏMİYYƏT
-
Rəsmi Moskva: "Konkret desək, bizə gələcək nəsillər üçün zəmanət lazımdır"
Bugün, 12:34 SİYASƏT
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
Bugün, 12:31 CƏMİYYƏT
-
Leysan yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:25 CƏMİYYƏT
-
Belçika qanunsuz miqrantlara qarşı sərt tədbirlərə başlayır - Yeni qanun təsdiqləndi
Bugün, 12:12 DÜNYA
-
Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşündə Birgə Bəyanat imzalandı - MƏTN
Bugün, 12:01 GÜNDƏM
-
Prezident İlham Əliyev Türkmənistanda 8-ci Məşvərət görüşündə: yeni sənədlər imzalandı - FOTOLAR (YENİLƏNİR)
Bugün, 11:47 GÜNDƏM
-
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinat olub
Bugün, 11:42 CƏMİYYƏT
-
“AMAY” ticarət mərkəzinin böyük hissəsi hərraca çıxarıldı - Bu qiymətə
Bugün, 11:41 İQTİSADİYYAT
-
"Yandex"ın məlumat mərkəzi droanla vurulub - Fəaliyyəti dayandırıldı
Bugün, 11:27 DÜNYA
-
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - Yeniyetmə saxlanıldı
Bugün, 11:15 KRİMİNAL
-
İlham Məmmədlinin məhkəməsi başlayır
Bugün, 11:03 KRİMİNAL
-
İlham Əliyev: "Sülh və sabitlik Mərkəzi Asiya və Azərbaycanın inkişafının əsasını təşkil edir" - "Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollarla ölçülür"
Bugün, 10:57 GÜNDƏM
-
Nigar Fərhadın əri DTX təcridxanasından köçürülüb
Bugün, 10:43 CƏMİYYƏT
-
Tanınmış bankir yarım milyon manat borcu olan BOKT-da direktor təyin olundu
Bugün, 10:29 İQTİSADİYYAT