Fransa "qaynayır" - TƏHLİL

Fransa \"qaynayır\" - TƏHLİL

DÜNYA

Bugün, 14:57

Fransanın mərkəzi İl-de-Frans regionunda ötən həftə başlayan yuxarı sinif şagirdlərinin etiraz aksiyaları hazırda bütün ölkəni bürüyüb. Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər.

Diqqət çəkən məqam hadisəyə verilən sərt reaksiyadır. Belə ki, etirazlar zamanı ölkə üzrə 6 100-dən çox şəxsin saxlanıldığı, saxlanılanların əksəriyyətinin yetkinlik yaşına çatmayan 15-18 yaş arası məktəblilər olduğu bildirilir. Bundan başqa, etiraz aksiyalarına yuxarı sinif şagirdləri ilə yanaşı, valideynlər, müəllimlər, universitet tələbələri və həmkarlar ittifaqlarının nümayəndələri də qoşulublar. 1 800-dən çox şəxs barəsində cinayət işi başlanılıb.
Fransa Prezidenti Emmanuel Makron ölkədə məktəblilər və işçilərin davam edən kütləvi etirazları fonunda oktyabrın 6-sı axşam saatlatında Yelisey sarayında nazirlərlə görüş keçirib. Görüşdə baş nazir Sebastyan Lekorn, daxili işlər naziri Loran Nunyes və milli təhsil naziri Eduar Jeffre də iştirak edib.
Aksiyalar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə məktəblilərin etirazı kimi başlasa da, valideynlər, müəllimlər, universitet tələbələri və həmkarlar ittifaqlarının nümayəndələrinin də qoşulması, eyni zamanda, polislə qarşıdurmaların və sərt həbslərin baş verməsi daha ciddi prosesdən xəbər verir. Makronun axşam saatlarında nazirlərlə iclas keçirməsi də bunu təsdiqləyir.
Fransada küçə etirazları, əslində qeyri-adi deyil. Hökumət təhsil sahəsində konkret güzəştlər və real qərarlar ortaya qoysa, etirazlar səngiyə bilər. Amma hökumət hələlik polis gücünə arxalanır, etirazçılara sərt müdaxilə edir. Hətta bir çox yeniyetmə xəsarət alıb, saxlanılıb. Bu da istənilən halda etirazların emosional xarakterini tamamilə dəyişə bilər.
Qarşıda Fransa prezident seçkiləri var. Seçkilərə altı ay kimi qısa bir müddət qalmış aksiyaların baş verməsi istənilən halda Makrona və partiyasına ciddi reputasiya itkisi yaradır. Bu vəziyyəti siyasi partiyalar hazır mobilizasiya mənbəyinə çevirə bilər. Makron aksiyaları yatışdırsa da, seçkilərə ciddi nüfuz itkisi ilə gedəcək.
Turan Rzayev
mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR