GÖMRÜYÜN ZÜLM VERDİYİ SAHİBKAR FƏRYAD EDİR: "3 sentyabr görüşü: vəd başqa, cavab başqa? - "Şahin Bağırova daşdan keçən sual var: Aparat rəhbərinin fəaliyyətinə kim qiymət verir?!"
İQTİSADİYYAT
Bugün, 14:01
“Lion Centre” MMC-nin direktoru Ramil Aslanovla Dövlət Gömrük Komitəsi arasında yaranmış mübahisə artıq adi sahibkar şikayəti çərçivəsindən çıxır. Ortada gömrük rəsmiləşdirilməsi ilə bağlı irəli sürülən konkret iddialar, yuxarı dövlət qurumlarına edilmiş müraciətlər, Dövlət Gömrük Komitəsinin Aparat rəhbəri Kənan Əsədovla üzbəüz görüş və həmin görüşdən sonra hazırlanmış rəsmi cavab arasında ciddi ziddiyyət olduğu iddia edilir.
Mia.az-ın məlumatına görə, Ramil Aslanov bildirir ki, rəhbəri olduğu “Lion Centre” MMC tərəfindən 16 may və 16 avqust 2025-ci il tarixlərində gömrük bəyannamələri ilə bəyan edilən malların rəsmiləşdirilməsi zamanı qanun pozuntularına yol verilib.
Sahibkar bununla bağlı Prezidentə, müxtəlif dövlət qurumlarının rəhbərlərinə və Dövlət Gömrük Komitəsinə dəfələrlə müraciət etdiyini deyir.
Məsələ Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatına, Milli Məclis Aparatına və Baş Prokurorluğa qədər gedib çıxıb. Dövlət Gömrük Komitəsinin cavabında da Nazirlər Kabineti Aparatının 6 avqust 2026-cı il tarixli 1-5/1-A-8955-10/2026 nömrəli məktubuna və digər dövlət qurumlarından daxil olmuş müraciətlərə baxıldığı göstərilir.
3 sentyabr görüşü: vəd başqa, cavab başqa?
Ramil Aslanovun açıqlamasına görə, əsas diqqət çəkən hadisə 3 sentyabr 2026-cı ildə baş verib. Sahibkar həmin gün Dövlət Gömrük Komitəsinə dəvət olunaraq Aparat rəhbəri Kənan Əsədovla görüşüb.
Aslanovun iddiasına görə, görüşdə o, gömrük əməkdaşlarının hərəkətləri, əvvəlki cavablardakı ziddiyyətlər və qanunsuz hesab etdiyi qərarlarla bağlı faktları Kənan Əsədovun qarşısına qoyub. Sahibkar bildirir ki, görüş zamanı ona yuxarı instansiyalara şikayətlərin davam etdirilməməsi məzmununda yanaşma göstərilib və qaldırdığı məsələlərin Komitə daxilində həll ediləcəyi vəd olunub.
Sahibkarın mətbuata təqdim etdiyi müraciətdə daha bir mühüm detal var.
Onun sözlərinə görə, Kənan Əsədov müxtəlif dövlət qurumlarına və mətbuata edilən müraciətlərdə öz adının hallandırılmamasını istəyib, məsələlərin araşdırılacağını və sentyabrın 17-dək nəticə barədə məlumat veriləcəyini bildirib.
Günlər keçir. Sentyabrın 17-si də geridə qalır. Amma Ramil Aslanov deyir ki, gözlədiyi araşdırmanın nəticəsi ona təqdim edilmir.
Əvəzində ortaya tamam başqa məzmunlu rəsmi cavab çıxır. 6 avqust tarixli müraciətə 2 oktyabr 2026-cı il tarixində Ramil Aslanov DGK-nın inzibati binasına gedərək müraciətinə nə üçün cavab verilmədiyini soruşduqda üzərində imzası, nömrəsi və tarixi olmayan, lakin 9 sentyabr 2026-cı il tarixində Kənan Əsədovun adından göndərildiyi deyilən məktub təqdim edilir.
Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır və baxılma müddəti uzadıldıqda bu barədə vətəndaşa məlumat verilməlidir. Məktubda zəruri rekvizitlər, yəni nömrə və tarix olmadığına görə müraciətə baxılması zamanı həmin Qanunun tələblərinin pozulub-pozulmadığının müəyyən edilməsi mümkün olmur.
Sahibkar araşdırma tələb edib, cavabda “qanun izah etdik” yazılıb
Dövlət Gömrük Komitəsinin cavabında bildirilir ki, Ramil Aslanov müraciətində qaldırdığı məsələlərin “ətraflı araşdırılması” məqsədilə sentyabrın 3-də Komitəyə dəvət olunub, şikayəti dinlənilib və ona mövcud qanunvericiliyin tələbləri ətraflı izah edilib.
Məhz burada məsələ daha da maraqlı şəkil alır.
Ramil Aslanov deyir ki, Komitəyə qanun öyrənmək üçün getməyib. Əksinə, əlində olan sənədlərlə müraciət edərək gömrük əməkdaşlarının hərəkətlərinin qanunvericiliyə uyğun olub-olmadığının müəyyən edilməsi üçün Komitənin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən xidməti araşdırma aparılmasını, günahkarların cəzalandırılmasını tələb edib. Onun iddiasına görə, Kənan Əsədov özü məsələlərin araşdırılacağını və nəticənin təqdim ediləcəyini vəd edib.
O zaman sual yaranır: araşdırmanın nəticəsi haradadır?
Hansı gömrük əməkdaşından izahat alınıb? Hansı bəyannamə yenidən yoxlanılıb? Sahibkarın hansı iddiası təsdiqlənib, hansı əsassız hesab olunub? Hansı hüquqi norma əsasında hansı nəticəyə gəlinib?
Bunların əvəzinə “qanunvericilik sahibkara izah edildi” cümləsi ilə məsələnin bağlanması Ramil Aslanov tərəfindən yuxarı instansiyalarda müraciətin guya mahiyyəti üzrə araşdırıldığı görüntüsünün yaradılması kimi qiymətləndirilir.
Üç dövlət qurumuna gedən cavab həqiqəti nə qədər əks etdirir?
Sahibkar daha ağır iddia irəli sürür: onun fikrincə, Kənan Əsədovun imzası ilə verilən cavab təkcə onu qane etməməkdən ibarət deyil. Aslanov hesab edir ki, həmin cavab vasitəsilə Nazirlər Kabineti Aparatı, Milli Məclis Aparatı və Baş Prokurorluq qarşısında məsələnin araşdırıldığı təsəvvürü yaradılıb.
Bu ittiham doğrudursa, söhbət artıq sadəcə sahibkarla gömrük əməkdaşı arasındakı mübahisədən getmir. Sual dövlət qurumları arasında rəsmi yazışmada təqdim olunan məlumatın nə dərəcədə tam və obyektiv olmasından gedir.
Üstəlik, Aslanov bildirir ki, oktyabrın 2-də Komitəyə yenidən gedərkən ona cavabın sentyabrın 9-da elektron poçtla göndərildiyi deyilib. Sahibkar bunun təsdiqini istədiyini, lakin elektron göndərişi sübut edən məlumatın təqdim edilmədiyini və əvəzində üzərində imza, nömrə və tarix olmadığı deyilən məktub aldığını bildirir.
Şahin Bağırova da sual var: Aparat rəhbərinin fəaliyyətinə kim qiymət verir?
Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, Kənan Əsədov 2025-ci ilin dekabrından Komitə sədrinin müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsinə təyin edilib. Hazırda Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovdur.
DGK rəhbərliyi rəsmi çıxışlarında gömrük-biznes əməkdaşlığının inkişafını, xidmət keyfiyyətinin yüksəldilməsini və prosedurların sadələşdirilməsini prioritet kimi təqdim edir.
Elə isə Şahin Bağırovun rəhbərlik etdiyi qurumda bu konkret şikayətlə bağlı baş verənlər də izah edilməlidir.
Bir sahibkarın konkret sənədlərlə təqdim etdiyi şikayətin araşdırılmasının nəticəsini ortaya qoya bilməyən, yaxud bunu rəsmi cavabda aydın şəkildə göstərməyən vəzifəli şəxsin fəaliyyətinə hansı meyarlarla qiymət verilir? Kənan Əsədovun Aparat rəhbəri kimi fəaliyyətinə Şahin Bağırov tərəfindən xidməti qiymət veriləcəkmi?
Ramil Aslanovun tələb etdiyi isə əslində çox sadədir: 2025-ci ildə baş vermiş hadisələrə həmin vaxt qüvvədə olan qanunvericilik əsasında hüquqi qiymət verilməsi, eyni bəyannamələr üzrə qəbul edilən ziddiyyətli qərarların araşdırılması, vəzifəli şəxslərin hərəkətlərinə xidməti qiymət verilməsi və irəli sürdüyü hər bir hüquqi arqumentə ayrıca, əsaslandırılmış yazılı cavab təqdim olunması.
İndi cavab növbəsi Dövlət Gömrük Komitəsinindir.
3 sentyabr görüşündə Ramil Aslanova konkret nə vəd edilmişdi? Araşdırma aparılıbsa, nəticəsi haradadır? Aparılmayıbsa, yuxarı dövlət qurumlarına göndərilən cavabda məsələnin araşdırıldığı görüntüsünün yaranması necə izah olunur?
Dövlət Gömrük Komitəsinin, Kənan Əsədovun və məsələdə adı keçən digər şəxslərin fərqli mövqeyi varsa, redaksiya həmin mövqeni də olduğu kimi dərc etməyə hazırdır.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Fransa "qaynayır" - TƏHLİL
Bugün, 14:57 DÜNYA
-
Daha 12 nəqliyyat vasitəsi özəlləşdirildi
Bugün, 14:57 İQTİSADİYYAT
-
2026-cı il Kimya üzrə Nobel Mükafatının sahibi bəlli oldu
Bugün, 14:31 GÜNDƏM
-
Vilayət Eyvazov Şəkidə vətəndaşları qəbul etdi, baş idarə və idarə rəislərinə tapşırıqlar verdi - VİDEO
Bugün, 14:16 CƏMİYYƏT
-
“İmişli”də maaşlar verilmir - AFFA klubda yoxlamalar aparır
Bugün, 14:08 İDMAN
-
GÖMRÜYÜN ZÜLM VERDİYİ SAHİBKAR FƏRYAD EDİR: "3 sentyabr görüşü: vəd başqa, cavab başqa? - "Şahin Bağırova daşdan keçən sual var: Aparat rəhbərinin fəaliyyətinə kim qiymət verir?!"
Bugün, 14:01 İQTİSADİYYAT
-
Mənzil alarkən ən çox edilən 10 SƏHV... - Fərid Cəfərli yazır
Bugün, 13:55 İQTİSADİYYAT
-
Naxçıvan AHİK-i xanım müavinə tapşırıldı
Bugün, 13:55 GÜNDƏM
-
İzmir tarixində bir ilk - Tuqay siyasi mövqeyini yenə dəyişdi, Ərdoğan salamladı (FOTO)
Bugün, 13:34 DÜNYA
-
Azərbaycan Ukraynaya humanitar yardım göndərib
Bugün, 13:14 GÜNDƏM
-
TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir - VİDEO
Bugün, 13:11 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:58 CƏMİYYƏT
-
Jurnalistlərin qurultayının vaxtı dəyişib
Bugün, 12:53 PRESS
-
Aktyor Azər Aydəmir İdarə Heyətinin üzvü seçilib
Bugün, 12:45 MƏDƏNİYYƏT
-
QHT rəhbərinə 7 il 6 ay müddətə şərti cəza verilib
Bugün, 12:40 SİYASƏT
-
"Qızı bu gün "SOCAR Türkiyə"də rəhbər vəzifədədir, az qala nəvələri də..." - Lent.az Parlamentlərarası Dostluq Qrupunun rəhbəri haqda elə şeylər yazdı ki...
Bugün, 12:29 SİYASƏT
-
Allahşükür Paşazadə süni intellektdən danışdı: "İbadətdə insanın yerini tuta bilməz”
Bugün, 12:20 SİYASƏT
-
“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu - FOTO
Bugün, 12:16 GÜNDƏM
-
Əməkdar artist Rəşid Mahmudovu cərimələtdi - Məhkəmə prosesi
Bugün, 12:01 MƏDƏNİYYƏT
-
Almaniya kansleri: "Fələstin dövlətinin yaradılması regional sülhün ən yaxşı yoludur"
Bugün, 11:50 DÜNYA
-
Rusiya Ukraynaya zərbələr endirdi - 8 nəfər həlak olub, 27 yaraı var
Bugün, 11:42 DÜNYA
-
Tramp: "Putinlə Rusiyadakı epidemiyanı müzakirə edəcəyik"
Bugün, 11:32 GÜNDƏM
-
"Həkim deyir ki, bir aya normal olacaqsan" - Tacir Şahmalıoğlu
Bugün, 11:26 MƏDƏNİYYƏT
-
Baklıda 40 yaşlı ər 24 yaşlı arvadını öldürdü
Bugün, 11:18 KRİMİNAL
-
625 min manatlıq əməliyyat edən sahibkara cinayət işi açıldı
Bugün, 11:10 KRİMİNAL
-
Bakıda qeyri-adi hadisə: qadına gecə saatlarında zəng etdi, telefonu əri qaldırdı və...
Bugün, 10:59 CƏMİYYƏT
-
Ceyhun Bayramov Türkmənistana gedib
Bugün, 10:45 GÜNDƏM
-
MEDİA-dan "Reuters", "AFP", "France 24", "The Times" və "The Telegraph"da yayılan xəbərə reaksiya: "Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti..."
Bugün, 10:29 SİYASƏT
-
Husilər Səudiyyə Ərəbistanıda Beynəlxalq Hava Limanına zərbə endiriblər
Bugün, 10:22 GÜNDƏM
-
İstanbulda qəyyum təyin olunan bələdiyyədə növbəti əməliyyat: kimlər saxlanılıb? - SİYAHI
Bugün, 10:09 DÜNYA
-
Ağdamdakı Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
Bugün, 10:07 CƏMİYYƏT
-
DTX rəisi: "Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir"
Bugün, 10:01 GÜNDƏM
-
Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət edib - MƏTN
Bugün, 10:01 GÜNDƏM
-
"Starbucks" istehlakçılara fırıldaq gəlir? - Açıqlamalar
Bugün, 09:49 İQTİSADİYYAT