Rusiya Ukraynaya zərbələr endirdi - 8 nəfər həlak olub, 27 yaraı var

Rusiya Ukraynaya zərbələr endirdi - 8 nəfər həlak olub, 27 yaraı var

DÜNYA

Bugün, 11:42

 Rusiya ordusu ötən gecə Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hava hücumlarında azı 8 nəfər həlak olub, 27 nəfər isə yaralanıb.

Kiyev meri Vitali Kliçko bildiirb  ki, gecə və səhər tezdən şəhərin bəzi bölgələrinə hücumda yaşayış və mülk təyinatlı binalara ciddi zərər dəyib: "İlkin məlumatımıza əsasən, Kiyevə hücumda 2 nəfər ölüb, paytaxtın bəzi bölgələrində insanlar əhlükəsizlik səbəbi ilə metro stansiyalarında gecələyib".

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından bildirilib ki, gecəboyu Rusiyanın 44 ballistik raket və 117 müxtəlif növ PUA-ları havada zərərsizləşdrilib.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR