"Qızı bu gün "SOCAR Türkiyə"də rəhbər vəzifədədir, az qala nəvələri də..." - Lent.az Parlamentlərarası Dostluq Qrupunun rəhbəri haqda elə şeylər yazdı ki...
SİYASƏT
Bugün, 12:29
Türkiyədə vaxtaşırı Azərbaycana qarşı kampaniyalar baş qaldırır.
Hər dəfə sanki bir dalğa olur, müxtəlif səviyyələrdə Azərbaycan əleyhinə aksiyalar təşkil edilir. Ölkəmizlə yanaşı, Türkiyə iqtisadiyyatına milyardlarla sərmayə qoyan SOCAR-a qarşı da zaman-zaman basqılar olur, media və sosial mediada ittihamlar səsləndirilir.
Təəssüf doğuran hal budur ki, bu kampaniyalar vaxtı da, son informasiya hücumları zamanı da Türkiyədə özünü Azərbaycanın dostu adlandıranların çoxu susmağa üstünlük verir.
İstisna kimi akademik dairələrin nümayəndələrini bəzi siyasətçiləri, diplomatları, mədəniyyət nümayəndələrini göstərmək olar. Hər dəfə dezinformasiya və böhtan kampaniyaları zamanı Azərbaycanın haqlı mövqeyini müdafiə edənlər də var. Bu şəxslərdən Aygün Attarı, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçı və digərlərinin adını çəkmək olar.
Aygün Attar Türkiyədə zaman-zaman ortaya çıxan bu kampaniyalara qarşı daim səsini ucaldıb, bu əməllərin yolverilməz olduğunu bildirib. O, Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına zərbə vuran əsassız ittihamların cavabını yerindəcə verib, bu kimi addımların münasibətlərimizi sarsıdacağına dair həyəcan təbili çalıb. Aygün Attar hətta bir neçə il əvvəl Türkiyənin o vaxtkı daxili işlər naziri Ali Yerlikayaya müraciət edərək, xalqı nifrətə, kin-küdurətə sövq edən davranışlar sərgiləyən, Azərbaycana qarşı düşmənçilik edən şəxslərin hüquq çərçivəsində cəzalandırılmasını istəmişdi.
Aygün Attardan fərqli olaraq, Türkiyədə bir çoxu Azərbaycanla “dostluğu” yalnız özlərinin şəxsi və ailə məsələləri ilə bağlı saysız-hesabsız xahişlər etməkdə görür, ölkəmizə qarşı aparılan haqsız kampaniyalar zamanı səsini çıxarmır.
Buna misal kimi Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımı qeyd etmək olar. Azərbaycan hökuməti ona bir neçə dəfə yüksək mükafatlar verib. Şamil Ayrım “Dostluq” ordeni (2020), “Heydər Əliyevin 100 illiyi” medalı (2025), “Tərəqqi” medalı və s.-lə təltif olunub.
Əldə olunan məlumata görə, Şamil Ayrım hər dəfə Azərbaycana gələndə öz şəxsi işləri ilə bağlı müxtəlif xahişlər edir, qızı bu gün SOCAR Türkiyədə rəhbər vəzifədədir, az qala nəvələrini də SOCAR-ın Avropadakı strukturlarında işlə təmin etdirməyə çalışır. Lakin Türkiyədə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları zamanı Şamil Ayrımın səsini çıxardığını görməmişik.
Dövlət tədbirlərində, Şuşada keçirilən tədbirlərdə iştirak, çıxış və rəqs etmək asandır. Amma Azərbaycan haqsız hücumlara məruz qalanda bir neçə ümumi fikirlərlə kifayətlənmək "dostluq" demək deyil.
Bu sırada Şamil Ayrım tək deyil. Ondan başqa da adi vaxtlarda özlərini Azərbaycan sevdalısı kimi qələmə verənlər var ki, indi onlardan da səs çıxmır. Özünü sözdə Azərbaycanın “dostu” kimi təqdim edənlərin ölkəmizə qarşı haqsızlıqlara səs çıxarmaması onların nə qədər səmimi olduğunu bir daha ortaya qoyur.
Dost dar gündə tanınar. Türkiyəli “dostların” Azərbaycana qarşı çirkin kampaniyalar zamanı tutduğu mövqe isə bu deyimlə heç üst-üstə düşmür.
Bir şeyi də diqqətə çatdırmaq yerinə düşər ki, tarix hər şeyi yaddaşına köçürür – yaxşını da, pisi də. Azərbaycan dövləti və xalqı da kimin ona necə münasibət göstərdiyini heç vaxt unutmur(lent.az).
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Vilayət Eyvazov Şəkidə vətəndaşları qəbul etdi, baş idarə və idarə rəislərinə tapşırıqlar verdi - VİDEO
Bugün, 14:16 CƏMİYYƏT
-
“İmişli”də maaşlar verilmir - AFFA klubda yoxlamalar aparır
Bugün, 14:08 İDMAN
-
GÖMRÜYÜN ZÜLM VERDİYİ SAHİBKAR FƏRYAD EDİR: "3 sentyabr görüşü: vəd başqa, cavab başqa? - "Şahin Bağırova daşdan keçən sual var: Aparat rəhbərinin fəaliyyətinə kim qiymət verir?!"
Bugün, 14:01 İQTİSADİYYAT
-
Mənzil alarkən ən çox edilən 10 SƏHV... - Fərid Cəfərli yazır
Bugün, 13:55 İQTİSADİYYAT
-
Naxçıvan AHİK-i xanım müavinə tapşırıldı
Bugün, 13:55 GÜNDƏM
-
İzmir tarixində bir ilk - Tuqay siyasi mövqeyini yenə dəyişdi, Ərdoğan salamladı (FOTO)
Bugün, 13:34 DÜNYA
-
Azərbaycan Ukraynaya humanitar yardım göndərib
Bugün, 13:14 GÜNDƏM
-
TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir - VİDEO
Bugün, 13:11 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:58 CƏMİYYƏT
-
Jurnalistlərin qurultayının vaxtı dəyişib
Bugün, 12:53 PRESS
-
Aktyor Azər Aydəmir İdarə Heyətinin üzvü seçilib
Bugün, 12:45 MƏDƏNİYYƏT
-
QHT rəhbərinə 7 il 6 ay müddətə şərti cəza verilib
Bugün, 12:40 SİYASƏT
-
"Qızı bu gün "SOCAR Türkiyə"də rəhbər vəzifədədir, az qala nəvələri də..." - Lent.az Parlamentlərarası Dostluq Qrupunun rəhbəri haqda elə şeylər yazdı ki...
Bugün, 12:29 SİYASƏT
-
Allahşükür Paşazadə süni intellektdən danışdı: "İbadətdə insanın yerini tuta bilməz”
Bugün, 12:20 SİYASƏT
-
“Nənələr”in üzvünün oğlu Ukrayna müharibəsində həlak oldu - FOTO
Bugün, 12:16 GÜNDƏM
-
Əməkdar artist Rəşid Mahmudovu cərimələtdi - Məhkəmə prosesi
Bugün, 12:01 MƏDƏNİYYƏT
-
Almaniya kansleri: "Fələstin dövlətinin yaradılması regional sülhün ən yaxşı yoludur"
Bugün, 11:50 DÜNYA
-
Rusiya Ukraynaya zərbələr endirdi - 8 nəfər həlak olub, 27 yaraı var
Bugün, 11:42 DÜNYA
-
Tramp: "Putinlə Rusiyadakı epidemiyanı müzakirə edəcəyik"
Bugün, 11:32 GÜNDƏM
-
"Həkim deyir ki, bir aya normal olacaqsan" - Tacir Şahmalıoğlu
Bugün, 11:26 MƏDƏNİYYƏT
-
Baklıda 40 yaşlı ər 24 yaşlı arvadını öldürdü
Bugün, 11:18 KRİMİNAL
-
625 min manatlıq əməliyyat edən sahibkara cinayət işi açıldı
Bugün, 11:10 KRİMİNAL
-
Bakıda qeyri-adi hadisə: qadına gecə saatlarında zəng etdi, telefonu əri qaldırdı və...
Bugün, 10:59 CƏMİYYƏT
-
Ceyhun Bayramov Türkmənistana gedib
Bugün, 10:45 GÜNDƏM
-
MEDİA-dan "Reuters", "AFP", "France 24", "The Times" və "The Telegraph"da yayılan xəbərə reaksiya: "Bu dezinformasiya əməliyyatının arxasında duran qüvvələrin çirkin niyyəti..."
Bugün, 10:29 SİYASƏT
-
Husilər Səudiyyə Ərəbistanıda Beynəlxalq Hava Limanına zərbə endiriblər
Bugün, 10:22 GÜNDƏM
-
İstanbulda qəyyum təyin olunan bələdiyyədə növbəti əməliyyat: kimlər saxlanılıb? - SİYAHI
Bugün, 10:09 DÜNYA
-
Ağdamdakı Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verilib
Bugün, 10:07 CƏMİYYƏT
-
DTX rəisi: "Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir"
Bugün, 10:01 GÜNDƏM
-
Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət edib - MƏTN
Bugün, 10:01 GÜNDƏM
-
"Starbucks" istehlakçılara fırıldaq gəlir? - Açıqlamalar
Bugün, 09:49 İQTİSADİYYAT
-
Prokurorluq orqanlarında işləmək istəyənlər imtаhаn verəcək - Bu tarixdə
Bugün, 09:30 GÜNDƏM
-
QARA DƏNİZDƏ MÜBARİZ MƏNSİMOVUN GƏMİSİ VURULDU: ölən və yaralananlar var - RƏSMİ BAKIDAN BƏYANAT + VİDEO (YENİLƏNİB)
Bugün, 09:27 GÜNDƏM
-
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşdı
Bugün, 09:09 İQTİSADİYYAT