Korrupsiya barədə məlumat verən şəxsə bu qədər mükafat veriləcək - Azərbaycanda qanun dəyişir, nələr olacaq?

Korrupsiya barədə məlumat verən şəxsə bu qədər mükafat veriləcək - Azərbaycanda qanun dəyişir, nələr olacaq?

İQTİSADİYYAT

Bugün, 15:07

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək.

Mia.az xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsində qeyd olunub.

Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Layihədə qeyd edilib ki, verilmiş məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) təşkilat rəhbərinin qərarı ilə 10 iş günü müddətində mükafat ödəniləcək.

Mükafatın məbləği minimum əməkhaqqı məbləğinin 25 mislindən çox ola bilməz. Məbləğ müəyyən edilərkən korrupsiya ilə əlaqədar hüquqpozmanın xarakteri, faktların sayı, verilmiş məlumatın korrupsiya ilə əlaqədar hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.

Sənəddə həmçinin vurğulanıb ki, əlavə olaraq, cinayət təqibinin həyata keçirilməsi nəticəsində ittihamedici əsaslarla hökm və ya digər yekun qərar çıxarıldığı və ya cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildiyi hallarda Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilmiş əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsaitdən (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) və ya xüsusi müsadirə edilmiş pul vəsaitindən (bank əməliyyatları üzrə xərclər və normativ hüquqi aktlarla müəyyən edilmiş digər ödənişlər çıxılmaqla) və ya cinayət qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla dövlət büdcəsinə ödənişin məbləğinin, yaxud dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın miqdarının 5 faizi məbləğində pul vəsaiti məlumat verən şəxsə ödəniləcək.

Beləliklə, cinayət işi nəticəsində dövlətə qaytarılan vəsait və ya təmin edilmiş maddi ziyanın 5 faizi məlumat verən şəxsə veriləcək.

Cinayət işi üzrə məlumat verən şəxsə pul vəsaitinin ödənilməsinə dair qərar məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun razılığı ilə müstəntiq, məhkəmə icraatı zamanı işə baxan məhkəmə tərəfindən qəbul ediləcək.

Bundan əlavə, qanun layihəsi ilə əlaqədar Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə isə korrupsiya barədə məlumat verən şəxsin əldə etdiyi mükafatın gəlir vergisindən azad olunması nəzərdə tutulur.

Bundan başqa, korrupsiya ilə bağlı məlumat verən şəxs özünün, yaxın qohumunun və qohumunun təhlükəsizliyinin qorunmasını tələb etmək hüququna sahiblənəcək.

***

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatda əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirləri, həmçinin şəxsi və ailə həyatına dair məlumatlar olarsa, onların verilməsi qanunazidd açıqlanma hesab edilməyəcək.

Mia.az xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsində qeyd olunub.

Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Həmçinin, layihəyə görə, şəxsi maraqların müdafiəsi, özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və ya güzəştlər əldə etmək məqsədilə bilə-bilə yalan və ya böhtan xarakterli məlumatların verilməsi korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verilməsi hesab edilməyəcək.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın verilməsi ilə cinayət işi başlandıqda məlumat verən şəxs öz razılığı ilə şahid qismində dindirilə bilər.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR