Hidayət Heydərov DÇ-də: ilk qələbə qazanıldı (Yenilənib)

Hidayət Heydərov DÇ-də: ilk qələbə qazanıldı (Yenilənib)

İDMAN

Bugün, 10:55

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.

Mia.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda Kosovodan olan Akil Qyakova ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən H.Heydərov növbəti mərhələyə vəsiqə qazanıb. Olimpiya çempionu 1/16 finalda finlandiyalı Valtteri Olinlə görüşəcək/Report.

***

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir. 

Mia.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialın üçüncü günündə iki çəki dərəcəsində 3 cüdoçumuz mübarizəyə qoşulacaq.

Qadınlar -57 kq

1/32 final Xədicə Qədəşova – Janar Joldosyeva.

Kişilər -73 kq

1/32 final Hidayət Heydərov – Akil Qyakova;

1/16 final Rəşid Məmmədəliyev – Adil Osmanov / Castin Lemir cütünün qalibi ilə.

Təsnifat mərhələsi – 10:30.

Final bloku – 18:00.

Canlı yayım: CBC Sport, Judo TV.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR