Azərbaycan Hərbi Dəniz Qüvvələri Pakistanda təlimdə - FOTOLAR

Azərbaycan Hərbi Dəniz Qüvvələri Pakistanda təlimdə - FOTOLAR

GÜNDƏM

Bugün, 18:03

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Pakistanda keçirilən "Birgə xüsusi əməliyyat qüvvələri təlimində" iştirak edib.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış "Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu"na əsasən, Kəraçi şəhərində keçirilən təlimdə xüsusi təyinatlılar terrorçu qruplar tərəfindən ələ keçirilmiş gəminin azad olunması, girovların xilas edilməsi və dalğıc fəaliyyəti üzrə tapşırıqları icra ediblər.

​Qeyd edək ki, təlim Azərbaycan və Pakistan hərbi qulluqçuları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, iştirakçı dövlətlərin standart əməliyyat qaydaları ilə tanışlıq, praktiki atışların və dəniz əməliyyatlarının real döyüş şəraitinə uyğunlaşdırılması, eləcə də antiterror əməliyyatları zamanı qarşılıqlı fəaliyyətin uzlaşdırılmasının təmin olunması məqsədilə keçirilib.

Azərbaycanı təmsil edən HDQ-nin hərbi qulluqçuları təlimin planına uyğun olaraq pakistanlı hərbçilərlə qarşılıqlı uzlaşma şəraitində qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə və yüksək peşəkarlıqla yerinə yetiriblər.

Təlimin sonunda iştirakçılara sertifikatlar verilib, xatirə şəkilləri çəkdirilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR