Prezident İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət etdi - MƏTN
GÜNDƏM
Bugün, 09:06
Prezident İlham Əliyev "ADEX 2026" VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" XV Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli sərgi iştirakçıları və əziz qonaqlar!
Sizi "ADEX 2026" VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" XV Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılışı münasibətilə təbrik edir və Azərbaycanda səmimi-qəlbdən salamlayıram.
Bakı şəhərində ənənəvi olaraq təşkil edilən "ADEX" sərgisinin regionun ən mötəbər və faydalı müdafiə sənayesi platformalarından birinə çevrilməsini görmək məmnunluq doğurur. Bu sərgiyə marağın ildən-ilə artması, burada bir çox ölkənin və aparıcı şirkətin təmsil olunması tədbirin aktuallığını və beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir.
Dost və tərəfdaş ölkələrin müdafiə sənayesi qurumlarını, hərbi ekspertlərini və şirkətlərini bir araya gətirən bu mühüm beynəlxalq sərgi müdafiə sənayesinin müxtəlif istiqamətləri üzrə ən son texnologiyaların, müasir silah sistemlərinin, hərbi texnika nümunələrinin, həmçinin innovativ həllərin nümayiş etdirilməsinə, yeni əməkdaşlıq imkanlarının müzakirə olunmasına və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli imkan yaradır.
Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində böyük inkişaf yolu keçən ölkəmizin müdafiə sənayesi bu gün keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Yerli müəssisələrdə istehsal olunan müdafiə təyinatlı məhsullar Silahlı Qüvvələrimizin təchizatında mühüm yer tutmaqla yanaşı, beynəlxalq bazarlarda da rəqabət qabiliyyəti ilə seçilərək müxtəlif ölkələrin aidiyyəti qurumları tərəfindən xüsusi maraqla qarşılanır. Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi nailiyyətlər ölkəmizin hərbi-texniki potensialının güclənməsinə, dost və tərəfdaş dövlətlərlə əməkdaşlığın dərinləşməsinə xidmət edir.
Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. "ADEX" sərgisi həm ölkəmizin müdafiə-sənaye kompleksinin gücünün və potensialının, o cümlədən innovativ texnologiyalarının, həm də tərəfdaşlarımızın müdafiə sənayesi müəssisələrinin müasir məhsullarının və yeni nailiyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
"ADEX" ilə paralel olaraq və bu il artıq XV dəfə keçirilən "Securex Caspian" sərgisi də öz növbəsində təhlükəsizlik, mühafizə, xilasetmə və fövqəladə halların idarə olunması sahələrində qabaqcıl texnologiyaların nümayiş etdirildiyi ixtisaslaşmış tədbirlərdən biri olaraq böyük nüfuz qazanmışdır.
Əminəm ki, "ADEX" və "Securex Caspian" sərgiləri iştirakçılar arasında yeni işgüzar əlaqələrin qurulmasına, habelə hərbi-texniki tərəfdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəkdir.
Hər birinizi bir daha ürəkdən salamlayır, sərgilərin işinə uğurlar, iştirakçılara səmərəli fəaliyyət arzulayıram!"
***
"ADEX-2026" VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" XV yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi işə başlayıb.
Mia.az xəbər verir ki, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, "Caspian Event Organisers" şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində üç gün davam edəcək sərginin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin nümayəndə heyətləri, digər əlaqədar qurumların nümayəndələri iştirak edirlər.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına məktubunu oxuyub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir
Bugün, 12:00 PRESS
-
Prokurorluq orqanlarına qulluğa qəbul: test imtahanın vaxtı açıqlandı
Bugün, 12:00 CƏMİYYƏT
-
"Möhtəşəm Yüzyıl"ın "Huriçihan Sultan"ı geri döndü
Bugün, 11:45 MƏDƏNİYYƏT
-
Məhkəmə-Hüquq Şurası toplandı - 39 hakimliyə namizədlə fərdi söhbətlər aparıldı
Bugün, 11:37 SİYASƏT
-
İspaniya Senatı Fransa ilə "Dostluq müqaviləsi"ni təsdiqləmədi - Makronla şam yeməyi anında...
Bugün, 11:34 DÜNYA
-
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul edib - MƏTN
Bugün, 11:28 SİYASƏT
-
Britaniya Hərbi Dəniz Qüvvələrində qalmaqal - 143 milyon funt sterlinq gəmi təcrübəçiyə həvalə edilib
Bugün, 11:14 DÜNYA
-
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib
Bugün, 11:13 CƏMİYYƏT
-
Milli Məclisin 2026-cı il Payız sessiyası üzrə ilk plenar iclası başlayıb
Bugün, 10:54 GÜNDƏM
-
İçində 180 yəhudinin olduğu təyyarə qaçırılıb? - İsraildən ilk açıqlama gəldi
Bugün, 10:51 GÜNDƏM
-
Fransada şagird etirazları böyüyür - 400-dən çox nümayişçi saxlanıldı + FOTOLAR
Bugün, 10:47 DÜNYA
-
Qəzzada gərginlik artdı: daha 8 nəfər ölüb
Bugün, 10:37 DÜNYA
-
Pensiya qaydası dəyişir: hansı düsturla hesablanacaq? - DETALLAR
Bugün, 10:37 İQTİSADİYYAT
-
VƏKİLLƏRLƏ BAĞLI YENİLİK OLACAQ
Bugün, 10:29 CƏMİYYƏT
-
QARABAĞA NÖVBƏTİ KÖÇ OLDU
Bugün, 10:23 CƏMİYYƏT
-
Xəzər dənizində zəlzələ oldu
Bugün, 10:11 GÜNDƏM
-
Xoşqədəm efirə buraxılmadı
Bugün, 10:08 PRESS
-
Azərbaycan nefti daha 4 dollardan çox ucuzlaşdı
Bugün, 09:55 İQTİSADİYYAT
-
Prezidentin köməkçisi yeni icra başçısını kollektivə təqdim edib - FOTOLAR
Bugün, 09:34 GÜNDƏM
-
"AZƏRİQAZ"DA MİSLİ GÖRÜNMƏYƏN ƏMƏLİYYATLAR: tək bir idarəyə 110 milyon manat borc var! - "Maaş, ezamiyyə xərcləri vaxtında ödənilmir, qanunsuz qazlaşdırma..." (MÜSAHİBƏ)
Bugün, 09:21 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət etdi - MƏTN
Bugün, 09:06 GÜNDƏM
-
Türkiyə millisi Belçika ilə çətin sınaq qarşısında - İki oyunçu məşqlərə qatılmadı
Bugün, 00:38 İDMAN
-
"Trabzonspor"dan "Mançester Yunayted"ə çağırış: "Qiyməti aşağı salın, biz alaq"
Bugün, 00:31 İDMAN
-
İsrailin keçmiş Baş naziri: "İsrail ordusu çökmə riski ilə üz-üzədir"
Bugün, 00:14 DÜNYA
-
Kaliforniyada müsəlmanlara xüsusi jest edildi - Ramazan və Qurban bayramlarında qeyri-iş günləri olacaq
Bugün, 00:07 GÜNDƏM
-
Fatih Terimin nəvəsi virusa yoluxdu: "Təəssüf ki, dərmanı yoxdur!"
Bugün, 00:05 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakadla görüşüblər - FOTOLAR
Bugün, 00:00 GÜNDƏM
-
Casusluq ittihamı: İmamoğlu və jurnalist haqqında qərar verildi
29.09.2026, 23:14 SİYASƏT
-
Fransa müstəmləkəsinə "yox" deyən ölkənin yeni lideri bir ilkə imza atdı
29.09.2026, 23:06 DÜNYA
-
Türk aktrisa Parisdə şouda: 10800 dollarlıq paltar göz qamaşdırdı - FOTO
29.09.2026, 22:41 ŞOU-BİZNES
-
Sabiq nazir və ailəsinin mal-mülkünə həbs qoyuldu
29.09.2026, 22:36 SİYASƏT
-
Çin Yaponiyanı təhdid elədi: "Tarixdən dərs çıxarmayanın gələcəyi yoxdur"
29.09.2026, 21:04 DÜNYA
-
Şahin Mustafayev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə müzakirə apardı
29.09.2026, 21:04 SİYASƏT