"Kurtlar vadisi"nın ssenaristini kim təhdid edib? - İllərlə saxlanılan sirr gün üzünə çıxdı

\"Kurtlar vadisi\"nın ssenaristini kim təhdid edib? - İllərlə saxlanılan sirr gün üzünə çıxdı

MƏDƏNİYYƏT

Bugün, 11:01

Türkiyə kəşfiyyatının 2011-ci ildə həbsdə müəmmalı şəkildə ölən zabiti Kaşif Kozinoğlu ilə bağlı yenilənən cinayət işi çərçivəsində istintaqa cəlb olunan "Kurtlar Vadisi" serialının məşhur ssenaristi və rejissoru Osman Sınavın ilər əvvəl serialdan uzaqlaşmasının sirri çözülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir k, ani qərarla seraildan çəkilən və daha sonra isə "məni təhdid etdilər. Lakin bu barədə heç nə deməyəcəm, bu sirr mənimlə qəbrə gedəcək", -deyən  Osman Sınavı hədələyənin kimliyi indi açıqlanıb.

Məlumata əsasən, Osman Sınavı FETÖ ittihamı ilə 2017-ci ildə 20 illik həbsə məhkum edilmiş keçmiş MİT zabiti və daha sonra MHP-də siyasi fəaliyyətlə məşğul olmuş Ənvər Altaylı təhdid edibmiş.

Bu barədə Türkiyə Mətbuat Federasiyasının prezidenti Sinan Burhan tv100-də açıqlama verib. O, iddia edib ki,  Osman Sınavı təhdid edən şəxs məhz Ənvər Altaylı olub.

Onun sözlərinə görə, Osman Sınav o zaman bir çox şəxslərdən dəstək də istəyib. Lakin ona bildirilib ki, "Ənvər Altaylı təhlükəli adamdır, ona görə seraildan çəkilsə, daha yaxşı olar".

LƏMAN

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR