Almaniyada hadisə yerindən qaçan qadın polislər sistemdən qovulublar

Almaniyada hadisə yerindən qaçan qadın polislər sistemdən qovulublar

DÜNYA

Bugün, 14:25

2020-ci ildə baş verən polis həmkarlarına çılanatəşdən qorxuya düşşərək hadisə yerindən qaçan Almaniyanın Gevelsberq şəhərində iki qadın polis zabiti bu gün hakim qarşısında ağır zaıaya məruz qalıblar.

Mia.az xarici mətbuata istinadıa xəbər verir ki, Şimali Reyn-Vestfaliya əyalətinin Münster İnzibati Məhkəməsi onlar haqqınfa ən ağır intizam cəzası - vəzifədən azad edilməyə hökm verib.

Məhkəmə qərarına əsasən, 32 və 37 yaşlı iki qadın polis zabitisistemdən xaric olunmaqla yanaşı, bir daha dövlət qurumlarına vəzifə tuta bilməyəcəklər: "Bundan başqa, iki polis zabitinə dörd ay həbs cəzası kəsilsə də, icra təxirə salınıb".

Məlumatda deyilir ki, 2020-ci ilin may ayında Gevelsberqdə polis tərəfindən keçirilən yol hərəkəti reydi zamanı sürücülərdən biri polislərə atəş açıb. Həmin vaxtı hadisə yerində olan zabitlər yol polisinə dəstək vermək əvəzinə qaçıblar. Onlar hətta yaralanan yol polisi əməkdaşına belə geri dönüb kömə etməyiblər. 

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR