Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin təcrübəli kadrlarıını öz kadrları ilə əvəzləyir

Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin təcrübəli kadrlarıını öz kadrları ilə əvəzləyir 

CƏMİYYƏT

Bugün, 11:39

Dövlət Məşğulluq Agentliyinin iki filialına yeni rəhbərlər təyin olunub.

Mia.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Pərviz Allahverdiyev Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri təyin olunub.

Digər əmrlə, Abşeron-Xızı Regional Məşğulluq filialına isə rəhbərlik müvəqqəti olaraq müavin Zaur Allahverdiyevə tapşırılıb.

Qeyd edək ki, daha əvvəl Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri vəzifəsində müvəqqəti olaraq müavin Xaqani Məmmədov icra edib.

Xatırladaq ki, Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinə təyinatından sonra hiyləgər, yəni, xüsusi dıqiqət çəkmədən qurumu tamamilə özün yaxın şəxsləri "kilid nöqtələr"ə gətirməyə başlayıb: "Hasil Abbasov artıq hətta keçmiş nazir Sahil Babayevin oradakı kadrlarını ustalıqla yola salaraq öz adamlarına yol açır. Onun son aylardakı təyinatlarına diqqətlə araşdırmaq lazımdır..."

Samir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR