RAMİZ MEHDİYEV BU GÜN HAKİM QARŞISINA ÇIXARILACAQ - Tarixi iclas başlayır
GÜNDƏM
Bugün, 09:00
Bu gün Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır.
Mia.az xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir(Report).
Xatırladq, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb.
DTX-nin o zaman yaydığı məlumata görə, Azərbaycan vətəndaşları - Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu, Abbasov Əli Əmirhüseyn oğlu Kərimli Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı görülən kompleks tədbirlər nəticəsində saxlanılıblar.
Həmçinin həmin cinayət işi üzrə 2025-ci ilin noyabr ayında Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov da saxlanılıb.
İttihama görə, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə xarici ölkədə yaradılan "Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adı altında qeydiyyatdan keçirilən və "Milyarderlər İttifaqı" adlandırılan təşkilatın rəhbərləri Abbas Abbasov Aydın oğlu və İbrahimbəyov Rüstəm Məmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Kərimli Əli Əmirhüseyn oğlu, partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov Qənimət Səlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər.
İttihamda qeyd olunub ki, Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən "Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər" başlığı altında xarici dildə hazırladığı yazılı materialı köməkçisi Eldar Əmirov və digərləri vasitəsilə razılaşdırmaq məqsədilə Əli Kərimliyə təqdim edib. Daha sonra 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini "Şərq-Qərb" ASC-nin əməkdaşları vasitəsilə göndərib, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.
Ramiz Mehdiyev sözügedən şəxslərlə əlbir olub dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etməklə, xarici dövlətin nümayəndələrinə Azərbaycanın dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət etməkdə təqsirli bilinib.
Həmçinin ittihamda vurğulanıb ki, Ramiz Mehdiyev 2025-ci ilin 13 oktyabr tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pulu leqallaşdırıb.
Sözügedən əməllərlə bağlı Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə ittiham verilib.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Cəlilabadda 7 il əvvəl qətl törədən şəxs tutulub
Bugün, 11:21 KRİMİNAL
-
Deputat kimdən üzr gözləyir? - AÇIQLAMA
Bugün, 11:16 SİYASƏT
-
Lənkəran Şəhər İcra Hakimiyyətinın sərəncamı məhkəməlik oldu
Bugün, 11:07 CƏMİYYƏT
-
"Amedspor" azarkeşlərİ "Beşiktaş" tərəfdarlarına hücum çəkib
Bugün, 10:59 İDMAN
-
Nigeriyada daha terror aktı: 9 nəfər öldürülüb
Bugün, 10:55 DÜNYA
-
Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb
Bugün, 10:49 KRİMİNAL
-
Rusiyada parlament seçkisi: Putinin partiyası 1-ci, kommunistlər ikinci...
Bugün, 10:35 SİYASƏT
-
Fərid Şəfiyev: "Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər"
Bugün, 10:28 SİYASƏT
-
Tramp elə təhdid səsləndirdi ki... "İranı havaya uçuraram"
Bugün, 10:15 GÜNDƏM
-
Bakıda tədbirdə monitor qadının üstünə aşıb - VİDEO
Bugün, 10:11 CƏMİYYƏT
-
Yasamalda xeyriyyə adı altında dələduzluq... - 70 yaşlı qadın saxlanılıb
Bugün, 09:59 KRİMİNAL
-
İş adamının 14 yaşlı nəvəsi 51 yaşlı qadını güllələdi - Ağdaşda...
Bugün, 09:53 KRİMİNAL
-
Almaniyada seçki: paytaxt hansı partiyanın nəzarətinə keçir?
Bugün, 09:41 DÜNYA
-
"Beşiktaş" prezidenti: "Nə etməyə çalışırlar?" - "Bu liqa belə davam edə bilməz"
Bugün, 09:37 İDMAN
-
Aktrisa doğum gününü reperlə birgə qeyd edib - İddialar cavabsız buraxılıb
Bugün, 09:29 ŞOU-BİZNES
-
Ərdoğan CHP-ni daxildən "fəth" edir
Bugün, 09:24 SİYASƏT
-
Özgür Özəldən "Demirtaş-Öcalan" mübahisəsinə reaksiya: "Mən buna can atanlardan deyiləm"
Bugün, 09:17 SİYASƏT
-
Məşhur model sevənlərini yeni görüntüsü ilə heyrətləndirdi - FOTOLAR
Bugün, 09:13 ŞOU-BİZNES
-
Türkiyədə zəlzələ olub - 5 bal gücündə
Bugün, 09:06 GÜNDƏM
-
İsveçrə yeni təhlükəsizlik siyasəti strategiyası qəbul edib - "İndi dövlətin, iqtisadiyyatın və cəmiyyətin dayanıqlığının artırılması bir nömrəli vəzifədir..."
Bugün, 09:01 DÜNYA
-
RAMİZ MEHDİYEV BU GÜN HAKİM QARŞISINA ÇIXARILACAQ - Tarixi iclas başlayır
Bugün, 09:00 GÜNDƏM
-
İran ABŞ-ın daha bir PUA-sını vurub
Bugün, 00:28 DÜNYA
-
Ərdoğan böyük heyətlə ABŞ-a getdi
Bugün, 00:16 GÜNDƏM
-
Trampdan gözlənilməz mesaj verdi, İrana qarşı variantlar sadaladı: "Pezeşkianla görüşə hazıram"
Bugün, 00:10 GÜNDƏM
-
İstanbulda Universitet sahibi saxlanıldı
Bugün, 00:10 GÜNDƏM
-
AHİK-də yeni təyinatlar - Baş mütəxəssis sektor müdiri, sektor müdiri isə...
Bugün, 00:07 CƏMİYYƏT
-
7 ölkə Türkiyəyə qarşı birləşdi - İtaliya birgə bəyanatı imzalamadı
Bugün, 00:03 GÜNDƏM
-
Türkiyə Super Liqasında sürpriz lider... - "Beşiktaş" Diyarbəkirdə məğlub oldu
Bugün, 00:02 İDMAN
-
"Fənərbaxça" "Eyüpspor"u 8 qolla darmadağın elədi
20.09.2026, 20:39 İDMAN
-
Xankəndi, Xocalı və Ağdərədə konsertlər keçirilib
20.09.2026, 18:06 MƏDƏNİYYƏT
-
Ukrayna ordusu ilk yeni ballistik raketi ilə Rusyanın strateji zavodlarını hədəf aldı: "Laylı müdafiə çətiri qurmaqdansa..."
20.09.2026, 16:59 GÜNDƏM
-
Husilər Ər-Riyadda hücum edib: "Məkkəyə hücum bizlik deyildi, bu isə..." - Səudiyyə isə qruplaşmanı mülki əhalini hədəf almaqda ittiham edir
20.09.2026, 16:47 DÜNYA
-
Qeyri-sabit hava ilə bağlı daha bir - Xəbərdarlıq
20.09.2026, 15:53 GÜNDƏM
-
"Düzdür, biz həddi bir az aşmışıq" - Rüfət Nasosnı Balaləli ilə Xosrov Maştağalının toydakı davasından danışdı
20.09.2026, 15:14 ŞOU-BİZNES