7 ölkə Türkiyəyə qarşı birləşdi - İtaliya birgə bəyanatı imzalamadı

7 ölkə Türkiyəyə qarşı birləşdi - İtaliya birgə bəyanatı imzalamadı

GÜNDƏM

Bugün, 00:03

Türkiyədə "Ailəm güvəndə" kod adı altında cinsi azlıqlara (LGBT+) qrşı aparılan  əməliyyatları Avropanın  aparıcı ölkələrini hərəkətləndirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Fransa, İsveç, Finlandiya, Almaniya, İslandiya, Danimarka və Hollandiya da daxil olmaqla 7 Avropa ölkəsi birgə Türkiyəyə qarşı bəyanat yayıb.

Bəyanatda LGBT+ fərdlərinin hüquqları və ifadə azadlığı ilə bağlı narahatlıqlar ifadə edilib: "Türkiyə beynəlxalq insan hüquqları qanunu və Avropa İnsan Hüquqları Konvensiyasına əsasən ifadə azadlığına, dinc toplaşmaq və birləşmək azadlığına hörmət etməlidir. Biz Türkiyədə yaşayan bütün LGBT+ fərdləri ilə tam həmrəyliyimizi ifadə edirik"

Məlumatda maraq çəkən əsas məsələə budur ki, İtaliya bu birgə bəyanata imza atmaqan imtina edib.

Bildirilib ki, İtaliya hökumətinin Türkiyəni tənqid edən birgə bəyanatı imzalamamaq qərarını Baş nazir  Meloni verib: "O, müvafq qurumlara imza atmamaq barədə göstəriş verib"

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR