Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb

KRİMİNAL

Bugün, 10:49

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbirlərlə saxlanılan 30 yaşlı Murtuz Məmmədlidən ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla onun narkotik vasitələri xaricdə yaşayan narkotacirdən əldə etdiyi və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa sövdələşdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR