Ukrayna ordusu ilk yeni ballistik raketi ilə Ruisyanın strateji zavodlarını hədəf aldı: "Laylı müdafiə çətiri qurmaqdansa..." 

Ukrayna ordusu ilk yeni ballistik raketi ilə Ruisyanın strateji zavodlarını hədəf aldı: \"Laylı müdafiə çətiri qurmaqdansa...\" 

GÜNDƏM

Bugün, 16:59

Bu gün Ukrayna ordusu Rusiyanın paytaxtı Moskva ilə yanaşı. bəzi bölgələrə hücum edib.

Mia.az xəbər verir ki, bu məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın Moskva və Voronej vilayətlərindəki neft və emal müəssisələrinə raketlər və kamikadze dronlarıla planlanan ağır zərbələr endirib: "Rusiyanın neft sənayesindəki əsas müəssisələrdən biri və təcavüzkarın logistika müəssisəsi vuruldu. Bunlar müharibə maşınını dəstəkləyən milyardlarla dolların yox olması deməkdir. Biz bu hücumlarda "Flamingo" kruiz raketlərindən, "Pelikan" ballistik raketlərindən və müxtəlif növ PUA-lardan istifadə edik. Moskva bunlardan dərs almalıdır. Rusiya Ukraynanın enerji və qida obyektlərinə hücumların dayandırılmalıdır. Onlar digər bölgələrin hesabına laylı hava hücumundan müdafiə çətirləri  qurmaqdansa, amansız müharibəyə son qoymalı və sülhü seçməlidir".

Zelenski həmçinin hücumları göstərən iddia edilən bir video paylaşıb.

Ukrayna mediası isə yazır ki, yeni hazırlanmış Pelikan (FP-7) qısa mənzilli ballistik raketi ilk dəfə Rusiyadakı hədəflərə hücumda istifadə edilib.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR