İsveçrə yeni təhlükəsizlik siyasəti strategiyası qəbul edib - "İndi dövlətin, iqtisadiyyatın və cəmiyyətin dayanıqlığının artırılması bir nömrəli vəzifədir..."

İsveçrə yeni təhlükəsizlik siyasəti strategiyası qəbul edib - \"İndi dövlətin, iqtisadiyyatın və cəmiyyətin dayanıqlığının artırılması bir nömrəli vəzifədir...\"

DÜNYA

Bugün, 09:01

İsveçrə Rusiya-Ukrayna müharibəsinə və yaranan hibrid təhdidlərə cavab olaraq yeni təhlükəsizlik strategiyası hazırlayaraq  təsdiqləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası layihəni qəbul edib.

Məlumata görə, Rusiya-Ukrayna müharibəsinə, artan hibrid təhdidlərə və kritik asılılıqlara cavab olaraq yeni təhlükəsizlik siyasəti strategiyasını qəbul etməyə zəruri ehtiya yaranıb.

İsveçrə Federal Şurası "Təhlükəsizliyə Hərtərəfli Yanaşma" adlı yazılı bəyanatında bildiruib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi, hibrid təhdidlər və kritik asılılıqlar dövlət, iqtisadiyyat və cəmiyyət üçün çətinliklər yaradır: "2026-cı il Təhlükəsizlik Siyasəti Strategiyası ilə Federal Şura İsveçrəni bu mühitdə hərəkət etməyə hazırlayır. Növbəti illər üçün strateji prioritetlər dayanıqlığı gücləndirmək, müqavimət və müdafiə qabiliyyətlərini inkişaf etdirməkdir. Təsdiqlənən "Təhlükəsizlik Siyasəti Strategiyası"nda 10 hədəfə 46 tədbiri əhatə edən bu strategiya yer alır. Bunun  həyata keçirilməsi üzrə işlərə artıq başlanılıb".

Bəyanatda daha sonra beynəlxalq aləmdəki xaosa diqqət çəkilib: "Beynəlxalq nizam zəifləyir. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin sonu hələ görünmür. Eyni zamanda, kiberhücumlar və təsir fəaliyyətləri kimi hibrid təhdidlər artır. Yüksək səviyyəli əlaqə səbəbindən vacib infrastruktur daha həssas hala gəlir. Bundan əlavə, daxili təhlükəsizliyin qorunması və təbii fəlakətlər və epidemiyaların yaratdığı risklərin azaldılması da vacibdir. Ona görə də indi dövlətin, iqtisadiyyatın və cəmiyyətin dayanıqlığının artırılması bir nömrəli vəzifədir..."

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR