"Beşiktaş" prezidenti: "Nə etməyə çalışırlar?" - "Bu liqa belə davam edə bilməz"

\"Beşiktaş\" prezidenti: \"Nə etməyə çalışırlar?\" - \"Bu liqa belə davam edə bilməz\"

İDMAN

Bugün, 09:37

Ötən gecə "Amedspor"a 3-2 hesabı ilə uduzan "Beşiktaş"ın prezident Adalı matçdan sonra hakim qərarlarını və Mərkəzi Hakim Komitəsini "topa tutub".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verdi ki, klub rəhbəri oyundan sonra danışmağı sevmədiyini desə də, ürəyini boşaldıb:

 "Oyun bitdikdən dərhal sonra açıqlamalar verməyi xoşlamıram. Bu açıqlamanı Diyarbəkir əhalisinə təşəkkür etmək üçün verirəm. Təəssüf ki, biz yenə eyni mövzuya - matçlardan sonra hakimlik məsələləri barədə danışmaq məcburiyyətində qalırıq. İlk qoldakı qayda pozuntusu, sonra Vlahoviç vəziyyəti... Sadəcə, bunu anlaya bilmirik. Nə etməyə çalışırlar? Biz az-çox nə etməyə çalışdıqlarını bilirik, amma məsələni niyə bu qədər sıxışdırdıqlarını başa düşə bilmirəm. "Trabzonspor" prezidenti Ərtoğrul Doğan dünən hakimlərdən  danışsa da, dalını gətirmədi. Ardını mən gətirim. İlk gün MHK rəhbərinə dediyim eyni şeyi bu gün də deyirəm. MHK rəhbəri orada qaldıqca, təəssüf ki, təkcə biz yox, hər matçdan sonra belə etirazlar olacaq. Qalib gələn komanda da danışır. "Amedspor" rəhbərlərinə mikrofon versəniz, onlar da hakimdən şikayət edəcəklər. Təəssüf ki, bu Mərkəzi Hakim Komitəsi ilə bir addım da irəliləmək şansımız yoxdur. Nə cəza versələr versinlər, mən yalnız "Beşiktaş" üçün deyil, bütün klublar üçün danışıram. Səhvlər hər kəsə qarşı edilir. Avropa matçı oynadıq, hakim haqqında bir söz də demədikmi?! Ümid edirəm ki, TFF prezidentimizə hər dəfə dediyim kimi, o, bir həll yolu tapacaq. Əks halda, səmimi deyirəm, liqa belə bitə bilməz, belıə davam edə bilməz".

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR