Özgür Özəldən "Demirtaş-Öcalan" mübahisəsinə reaksiya: "Mən buna can atanlardan deyiləm"

Özgür Özəldən \"Demirtaş-Öcalan\" mübahisəsinə reaksiya: \"Mən buna can atanlardan deyiləm\"

SİYASƏT

Bugün, 09:17

Türiyənin 91 deputatla ana müxalifət partiyası olan Yeni Partiya sədri Özgür Özəl PKK lideri Abdulla Öcalanla keçmiş HDP-nin həmsədri Səlahəddin Dəmirtaşı bir-birinə qarşı qoymağa çalışdığı ilə bağlı iddiaları rədd edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Öcalanı Səlahəddin Dəmirtaşa qarşı qoymağa çalışdığı ilə bağlı suala cavab olaraq "Heç kimi bir-birinə qarşı qoymaq niyyətim yoxdur" deyib.

 Özəl bildirib ki, terror təşkilatının silahı yerə qoyması ilə bağlı bir tənzimləməyə "yox" demirlər, əskinə, bu prosesi dəstəkləyirlər:  "Mən Abdullah Öcalanla Dəmirtaşı üz-üzə gətirməyə can atanlardan deyiləm. Bununla əlaqəli tərəflər aydındır. Kim istəsə mübahisə edə bilər, kim istəsə barışa bilər. Mübahisələrinin olub-olmaması məni maraqlandırmır. Mənim məsələm demokratikləşməyə doğru atılan addımlardır. Məsələn, MHP sədri Dövlət Baxçalının uzun müddətdir vurğuladığı "Abdullah Öcalanın statusu" məsələsi ötən həftə Prezidentin baş müşaviri Mehmet Uçum tərəfindən "o, Silahsızlanma və Strateji Koordinasiya Alt Komitəsində vəzifə alacaq" sözüylə masaya yatırılır. Əlbəttə, dediyim kimi, biz atdığımız imza, verdiyimiz səs və etdiyimiz çıxışa bağlıyıq. Deyirəm ki, əgər bir təşkilat silahını yerə qoyursa və dövlətin müxtəlif mexanizmləri silahı yerə qoymaq şərtləri üzərində işləyibsə, buna "yox" demək bizim işimiz deyil. Silahlı qrupların silahını yerə qoyması məsələsi parlament komissiyası hesabatının altıncı maddəsi idi. Lakin əsas məsələ 7-ci maddədir. O maddə demokratikləşmə ilə bağlıdır və mahiyyət etibarilə Türkiyə orada qalib gələcək. Həm kürdlər, həm də türklər orada qalib gələcək, Türkiyə qalib gələcək. Bəli, Türkiyənin yoxsulları və işsizləri orada udacaq. Diyarbəkir və bölgə, Şərqi və Cənub-Şərqi Anadolu bölgəsi orada qalib gələcək. Əsas həyəcanverici, ümidverici məsələ oradadır".

F.SƏFƏRLİ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR