Əndazəsini aşan TOYLAR: bu gedişlə hara gedirik?
YAZARLAR
15.09.2026, 11:48
Mətləb Salahov
***
Əndazəsini aşan, artıq ikrah və qıcıq yaradan TOYLARIMIZ barədə danışacam. O toylardan ki, aylıq 400-500 manat orta əməkhaqqı olan bir cəmiyyətdə 300-500 nəfərlik, stolun biri də 100 manatdan 300 manata qədər yüksələn şadlıq saraylarında toy əvəzinə cibsoydu mərasiminə çevrilib.
Hələ fonorqramma ilə ağzını marçıldadan bahalı müğənnilərə yarım saatına, bir saatına görə verilən 5-10 min manat arası pulları demirəm hələ.
Əvvəla ondan başlayaq ki, Azərbaycanda artıq yarım əsrə qədərdir ki, xalqımızın adət-ənənəsinə uyğun ənənəvi toy mərasimlərimiz tarixin arxivinə köçüb. Azı 40 ilə yaxındır ki, biz şıdırığı, daha çox bayağı və həm də özünü reklam xarakteri daşıyan toy məclisləri ilə məşğuluq. Bu proses xüsusilə 2000-ci illərin əvvəllərindən daha gur hal almağa başlayıb.
Klassik toy adətlərimizdə daha çox sevincimizi bölüşmək, gənclərin ailə, yurd-yuva qurmasını qeyd edirdiksə, son 30-40 il ərzində daha çox var-dövlət, dost-tanış reklamı, hətta ilk növbədə, pul toplamaq istəyi ən nəcib məqsədlərin qarşısında gəlir. Əvvəllər el-obada toy mağarları vardı, heyvanlar kəsilirdi, böyük qazanlarda yeməklər bişirilərdi toydan öncə. Amma məlumdur ki, artıq internet əsrində olduğumuz üçün, həm də günü bu gün kənd təsərrüfatımızın özünün qədim toylarımız kimi yoxa çıxdığı bir dövrü yaşayırıq. İş o yerə çatıb ki, hətta yas məclislərimiz belə bahalı restoran və şadlıq saraylarında qeyd edilir. Yəni bu dərəcədə “yenilənmişik”.
Mən deyərdim, hazırda Azərbaycanda toy məclisləri daha çox biznes və özünü reklam mənası daşıyır. Toy sahibi əsasən vaxtilə toy məclislərinə getdiyi insanlardan “pulunu geri almaq” üçün azı 200-300 nəfərlik şıdırğı toy təşkil edir. Ən dəhşətlisi odur ki, toy menyularımızın özü o dərəcədə əcaib forma alıb ki, milli xörəklərimizdən daha çox əcnəbi təamlar süfrəmizdə ağalıq edir. Toy stolunda dadına bələd olmadığın yüzlərlə təam qoyulur və bunun sağlamlığımız üçün ziyanlı olub-olmaması heç kimin vecinə belə deyil. Əslində, toylarımızda qida təhlükəsizliyi və sağlamlıq nəzarəti ayrıca bir mövzu və aktual məsələdir hazırda. Təəssüf ki, bu işdə də hərcmərclik hökm sürür. Nəzərə alsaq ki, toylarımızda azı 100-200 adam iştirak edir və bu insanların təhlükəsizliyi, zəhərlənmədən qorunması ən vacib məsələdir.
Hə, gələk əsas məsələyə. Biz toylarımızda say məhdudiyyəti qoya bilərikmi? – qətiyyən YOX! Səbəbini deyim sizə. Əvvəla bunun üçün bizim toy adətinə olan münasibətimiz və baxış bucağımız dəyişməlidir. Azərbaycanda toy mərasiminə bütün qohum və nəsil təmsilçiləri qatılırlar. Sən kiməsə hər evdən 1 nəfər iştirak etsin, yaxud biz 20 nəfərlik balaca şadyanalıq edəcəyik deyə bilməzsən. O saat yaxından-uzaqdan məzəmmət və nifrət dolu baxışlar dikiləcək sizə. Biz internet əsrində, süni intellekt zamanında yaşasaq da, min illik zərərli vərdişlərimizdən qurtula bilmirik.
Bir çox Avropa ölkələrində olduğu kimi, 15-20 nəfərlik ev və ya bağ şəraitində şadyanalıq təşkil etmək vərdişini aşılamalıyıq. Axı balacadan böyüyə qədər bütün nəslin, üstəlik, iş yoldaşları və ildə bir dəfə salam verdiyin insanlar da daxil hər kəsin toy məclisinə axışmasına nə ehtiyac var?
Nədən sadaladığım kimi, 15-20 nəfərlik şadyanalıq təşkil etmək adəti yaratmayaq? Məcburdurmu bir nəfər üçün azı 100-150 manata başa gələn yüz cür təamlarla zəngin 200-500 nəfərlik toy keçirmək? İlk növbədə toya biznes və qazanc kimi baxmaqdan beynimizi xilas etməliyik. Bütün inkişafların ana sütunu şüur və düşüncə dəyişikliyidir. Bacaracağıqmı? – buna inamım çox azdır, lap az...
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zelenski Türkiyəyə gəlir
Bugün, 18:44 GÜNDƏM
-
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
Bugün, 18:05 İDMAN
-
Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir
Bugün, 17:51 SİYASƏT
-
Türkiyədə işıqpulu qalxıb - Yanvarın 1-dən
Bugün, 17:38 İQTİSADİYYAT
-
BİR GÜNDƏ ÜÇ GƏMİ... - Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
Bugün, 17:22 DÜNYA
-
DEPUTATLAR DAHA 10 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - SİYAHI
Bugün, 17:22 GÜNDƏM
-
YAP Təftiş Komissiyası toplandı: sədr və müavin seçildi
Bugün, 17:05 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Canlı yayımda Türkiyəni hədələdi: "Gərəkirsə, anlayacaqları dildə başa salarıq"
Bugün, 16:56 DÜNYA
-
Ard-arda ittihamlar öz işini gördü - Deputat istefa verdi
Bugün, 16:42 SİYASƏT
-
Böyük ümidlərlə alınmışdı, indi isə... - "Gedirəm"
Bugün, 16:35 İDMAN
-
ƏRDOĞANLA BAYRAMOVUN ZİRVƏYƏ DAMĞA VURAN SÖHBƏTİ... - FOTOLAR
Bugün, 16:31 GÜNDƏM
-
Tokayev Ankarada: "Türkiyə inanılmaz beynəlxalq nüfuza malik bir ölkədir"
Bugün, 16:24 SİYASƏT
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - SİYAHI
Bugün, 16:09 GÜNDƏM
-
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Bugün, 16:07 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Ankaradan mühüm mesajlar verdi: "Ölkəmiz yalnız öz təhlükəsizliyini təmin etmir, daha geniş regionda..." (YENİLƏNİB)
Bugün, 16:02 SİYASƏT
-
Media və Yayım Şurasında görüş keçirilib
Bugün, 15:49 PRESS
-
Şiddətli töhmət alan baş həkimə direktor vəzifəsi həvalə edilib? - TƏBİB-dən açıqlama
Bugün, 15:41 GÜNDƏM
-
Bakıda bağçada uşaqlara zorakılıq... - Cinayət işi açıldı + VİDEO
Bugün, 15:20 CƏMİYYƏT
-
Aqrar Universitetində kütləvi ixtisar - 50-dən çox müəllimin müqaviləsinə xitam verilib
Bugün, 15:07 CƏMİYYƏT
-
GÖMRÜKDƏ VƏZİFƏ YÜKSƏLİŞİ... - Əsasnaməyə düzəliş edilir, nələr olacaq?
Bugün, 14:58 GÜNDƏM
-
Nazirliklə TƏBİB-in mətbuat xidmətləri birləşdirilir
Bugün, 14:19 PRESS
-
DEPUTATIN ƏRİ BANKDAN GÖNDƏRİLİR, YOXSA...? - Daha bir bank dəyşikliyə hazırlaşır
Bugün, 14:12 İQTİSADİYYAT
-
Akademiyaya rektor əvəzi təyin olunub
Bugün, 13:53 GÜNDƏM
-
Korrupsiya barədə məlumat verən şəxsə nə qədər və neçə günə mükafat veriləcək? - YENİ QANUNUN DETALLARI
Bugün, 13:48 CƏMİYYƏT
-
Bakıda kilsə açılışı... - Roma Papası XIV Leo gələcək?
Bugün, 13:42 GÜNDƏM
-
Deputatlar bu tarixdə toplanacaq
Bugün, 13:42 GÜNDƏM
-
Milyonçunun villasına gecə yarısı basqın: özü və iki qızı güllələləndi, arvadı çəkiclə döyüldü - Kanadadakı şok olay dünyanın diqqətində (FOTO)
Bugün, 13:23 KRİMİNAL
-
Osimhenin ikinci övladı dünyaya gəlib
Bugün, 13:15 İDMAN
-
“Xalçalar diyarı” sərgisi açılıb - FOTOLAR
Bugün, 13:14 MƏDƏNİYYƏT
-
Salyanda məktəb binasını yandırmaq istəyənlər həbs edilib
Bugün, 12:59 KRİMİNAL
-
İpoteka, yoxsa nağd pulla ev almaq?! - Ekspertdən şərh
Bugün, 12:55 İQTİSADİYYAT
-
Deputat “Niyə Ağdamda mənə ev düşmür?” deyib mülk istədi, Sahibə Qafarova etiraz etdi: "Görülən işlərə ləkə salırsınız"
Bugün, 12:53 GÜNDƏM
-
Noyabrda hava necə olacaq? - AYLIQ PROQNOZ
Bugün, 12:50 CƏMİYYƏT