İstanbul Sabiha Gökçen Hava Limanında adi su fantastik məbləğə satılır: "Bunların Allahı yoxdurmu?"

İstanbul Sabiha Gökçen Hava Limanında adi su fantastik məbləğə satılır: \"Bunların Allahı yoxdurmu?\"

İQTİSADİYYAT

Bugün, 11:26

İstanbul Sabiha Gökçen Hava Limanında bir litr adi suyun fantastik məbləğə satışı nəinki qonaqları, hətta yerli  sərnişinləri də üsyan həddinə çatdıırb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hava limanı daxilində bir litr adi suyun  380 TL-yə (təxminən 13.5 manat) satılması narazılığı böyüdüb.

Məlumatda deyilir ki, təhlükəsizlik bəhanəsiylə hava limanı daxilinə su butulkalarının buraxılmaması oradakı alverçilərin "maraqları"nı rahat həyata keçirmələrinə "əsas" verir: "Bu qiymətə adi su olarmı?  Bunların içində Allah qorxusu, vicdan yoxdurmu? Hava limanı rəhbərliyi bu qədər dərəbəyliyə niyə fürsət yaradır?"

Məlumatda deyilir ki, Sabiha Gökçen Hava Limanında digər xidmətlər də hədiz bahadır: "Məsələn, tək bir sendviç və bir fincan çay üçün 735 TL (26 manat) ödiş tələbi nə dərəcə doğrudur? İi qəndlə bir fincan çayın 185 TL (6.50) satışına dünyanın heç bir ölkəsində rast gəlmək mümkün deyil. Lakin tör-töküntülü və mistik görkəmi olan bu hava limanında sərnişinlərə potensial "ov" kimi yanaşırlar..."

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR