Abdullah Öcalana adada villa tikilib: bağlı-bostanlı və... - Nələr yoxdur ki...

Abdullah Öcalana adada villa tikilib: bağlı-bostanlı və... - Nələr yoxdur ki...

SİYASƏT

11.09.2026, 23:03

İstanbulun İmraklı adasında ömürlük həbs cəzasını çəkən ləğv olunan PKK terror təşkilatının lideri  Abdullah Öcalan üçün ikimərtəbəli villa tikilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ilk olaraq MHP lideri Dövlət Baxçalı açıqlama verib.

O bildiirb ki, buna baxmayaraq, Abdullah Öcalan hər cür şəraiti olan həmin villaya köçməkdən hələlik imtina edir.

Prezident Ərdoğanın sədri olduğu AK Partiyanı tanınmış simalarından olan  Şamil Tayyar isə bildirib ki,  Baxçalının bəhs etdiyi villa bağı olan möhtəşəm yaşayış məkandır: "Ocalan üçün tikilən məkanın 250 kvadratmetrlik qapalı sahəsi və ondan iki dəfə böyük bağı var. Video zəng və internet də daxil olmaqla bütün lazımi texniki infrastruktura malikdir. Öcalan hələ köçməyib, amma lazım olduqda villadan hazırda ofis  kimi yararlanır".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR