İmamoğluna artıq siyasi fəaliyyət qadağası qoyuldu, iş kəsildi - Məhkəmə iki dəfə bəraət aldığı qərarı dəyişdirdi, zalda gərginlik böyüdü

İmamoğluna artıq siyasi fəaliyyət qadağası qoyuldu, iş kəsildi - Məhkəmə iki dəfə bəraət aldığı qərarı dəyişdirdi, zalda gərginlik böyüdü

SİYASƏT

Bugün, 18:22

İstanbulun Tuzla rayonunun keçmiş bələdiyyə sədri Şadi Yazıcı haqqındakı fikirlərinə görə iki dəfə bəraət qərar alan İstanbulun sabiq bələdiyyə sədri  Əkrəm İmamoğlu bu gün yenidən eyni iş üzrə məhkəmə qərşısına çıxarılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbıər verir ki, məhkəmə bu dəfə əvvəlki bəraət hökmlərini tamamilə dəyişib.

Yeni hökmə əsasən, Əkrəm İmamoğlu 2 il 1 ay həbs cəzasına məhkum edilməklə yanaşı, ona siyasi fəaliyyət qadağan olunub.

Məlumatda deyilir ki, məhkəmə sədri hökmü oxuyarkın İmamoğlu hədsiz qəzəblənib, onu zaldan zorla çıxarıblar.

İmamoğlunun vəkili Kemal Polat isə irəlidə onları apelyasiya və kassasiya prosesləri gözlədiyini deyib və ümidvar olduğunu bildirib ki, yuxarı məhkəmə instansiyaları bu qərarə ləğv edəcək.

Xatırladaq ki, 25 oktyabr 2022-ci ildə Tuzlada keçirilən "Tuzla Qabaqcıl Bioloji Çirkab Sularının Təmizlənməsi Zavodunun 3-cü Mərhələ Açılış Proqramı"ndakı çıxışından sonra, o, maşınına doğru irəliləyərkən, ərazidəki bəzi insanlar Tuzlanın o vaxtkı bələdiyə sədri  Şadi Yazıcıyla mübahisə ediblər. O zaman İmamoğlu onları sakitləşdirərək deyib: "Bu adam bura gərginlik yaratmaq üçün gəlib. O, burada təxribatını davam etdirir. Burada pis niyyətlə gəlib. Onun tələsinə düşməyəcəksiniz....".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR