GƏLƏN İLKİ BURAXILIŞ və QƏBUL İMTAHANLARI: yeni proqramın detalları bəlli oldu - DİM AÇIQLADI
GÜNDƏM
Bugün, 15:43
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.
Mia.az xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub.
Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbaycan bölməsi üçün Azərbaycan dili, riyaziyyat və xarici dillər, rus bölməsi üçün isə rus dili, riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) üzrə proqramlar təqdim edilib.
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə Azərbaycan bölməsi üçün Azərbaycan dili, riyaziyyat və xarici dillər, rus bölməsi üçün isə rus dili, riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) üzrə proqramlar açıqlanıb.
DİM-dən bildirilib ki, ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.
Əvvəlcədən məlumat verildiyi kimi, tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil – ingilis, alman, fransız, rus, ərəb və fars dilləri üzrə dinləyib-anlama bacarıqlarını yoxlamaq məqsədilə 1 mətndən – publisistik və ya dialoq formalı – və ona aid 4 tapşırıqdan istifadə ediləcək.
Oxuyub-anlama üzrə bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsi məqsədilə 2 mətndən və hər mətnə aid 4 tapşırıqdan istifadə olunacaq. Qrammatika və leksika üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə isə 13 qapalı tipli tapşırıq tətbiq ediləcək.
Yazı bacarıqlarının yoxlanılması məqsədilə verilmiş sual və ya fikir əsasında faktlar və mülahizələr irəli sürərək öz fikirlərini ifadə etməyi tələb edən yazılı tapşırıq tətbiq ediləcək.
Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında tədris dili – Azərbaycan dili və rus dili – və riyaziyyat fənlərindən 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.
Ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili) imtahanında da 2026-cı ildəki imtahan modeli tətbiq ediləcək.
Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində istifadədə olan “Azərbaycan dili” dərsliyindən çıxarılmış, lakin vacibliyi nəzərə alınaraq proqramda saxlanılmış feilin şəkilləri – xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli və şərt şəkli – mövzusu ilə DİM-in təqdim etdiyi keçid vasitəsilə tanış olmaq mümkündür.
Cari tədris ilində respublikanın ümumtəhsil müəssisələrində Azərbaycan dili fənnindən 7-ci siniflərdə yeni dərslik istifadəyə verilib. Bu dərslik məzmun və terminlərin işlənməsi baxımından əvvəlki nəşrdən tamamilə fərqlidir.
Proqramlarda bu dərsliyin materialları nəzərə alınmayıb, çünki hazırda 9 və 11-ci sinifdə təhsilalanlar həmin dərsliyi keçməyiblər. Ona görə də həmin dərslik ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliyin əvvəlki nəşrinə istinad ediləcək. Həmin materiallarla da DİM-in təqdim etdiyi keçid vasitəsilə tanış olmaq olar.
Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimi respublikanın ümumtəhsil müəssisələrində istifadədə olan dərsliklər göstərilib. Ötən illərdə olduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlara daxil edilməyib. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlardan isə orta məktəbdə öyrənilənlərin təkrarı üçün istifadə edilə bilər.
Hər iki təhsil səviyyəsi üzrə təqdim edilmiş proqramlar, həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahanların modelinə uyğun tapşırıq nümunələri və cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.
***
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramları Azərbaycan və rus dillərində təqdim edib.
Mia.az xəbər verir ki, 2027-ci il qəbul imtahanlarında 2026-cı ildəki imtahan modeli tətbiq olunacaq.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlarla Azərbaycan və rus bölmələri üzrə DİM-in təqdim etdiyi keçidlər vasitəsilə tanış olmaq mümkündür.
Test bloklarına 22 qapalı tipli, 5 açıq (cavabı kodlaşdırıla bilən, seçim, hesablama və uyğunluğu müəyyən etmək) tipli, həmçinin I ixtisas qrupu üzrə riyaziyyat, fizika, kimya və informatika fənlərindən 3 açıq tipli cavabı yazı ilə ifadə olunan sərbəst tapşırıq daxil ediləcək. Riyaziyyat fənnindən 1 tapşırıq isbata aid olacaq.
II ixtisas qrupunda riyaziyyat, II və III ixtisas qruplarında coğrafiya, IV ixtisas qrupunda fizika, kimya, biologiya fənlərindən situasiyaya, III ixtisas qrupunda Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənlərindən mətnə, II və III ixtisas qruplarında tarix fənnindən isə mənbəyə aid 3 açıq tipli cavabı yazı ilə ifadə olunan tapşırıqdan istifadə ediləcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ceyhun Bayramov Avropa İttifaqının rəsmi ilə görüşüb - Nələr müzakirə olunub?
Bugün, 16:49 SİYASƏT
-
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
Bugün, 16:28 GÜNDƏM
-
Almaniyada dəyişən siyasi mənzərə... - TƏHLİL
Bugün, 16:24 SİYASƏT
-
Mətbuat Şurası qurultaya gedir - Açıqlamalar
Bugün, 16:13 PRESS
-
Kənd təsərrüfatı naziri özünə yeni müşavir təyin edib
Bugün, 16:02 İQTİSADİYYAT
-
Xətai sahibsiz qalıb: qazılan quyu niyə doldurulmayıb? - VİDEO
Bugün, 15:51 CƏMİYYƏT
-
GƏLƏN İLKİ BURAXILIŞ və QƏBUL İMTAHANLARI: yeni proqramın detalları bəlli oldu - DİM AÇIQLADI
Bugün, 15:43 GÜNDƏM
-
Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək
Bugün, 15:32 İQTİSADİYYAT
-
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini açıqladı
Bugün, 15:21 İQTİSADİYYAT
-
Maliyyə Nazirliyində dəyişiklik - Şöbə müdiri "Həmkarlar"ın yeni sədri oldu
Bugün, 15:12 CƏMİYYƏT
-
"Lazım gələrsə, yerində müdaxilə edəcəyik" - Yunanıstanın XİN başçısı niyə narahatdır?
Bugün, 14:58 SİYASƏT
-
Prezident 2027−2032-ci illər üçün Dövlət Proqramı təsdiqlədi
Bugün, 14:31 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi - MƏTN
Bugün, 14:30 GÜNDƏM
-
Prezident BMT ilə birgə layihənin icrası üçün Töhfə Sazişini təsdiqləyib
Bugün, 14:22 GÜNDƏM
-
İSTANBULDA MAFİYALARARASI TOQQUŞMA: Kriminal liderə sui-qəsd planının qarşısı alındı, həbslər var
Bugün, 14:17 KRİMİNAL
-
Emil Binyətzadə 4 oyunluq cəza alıb
Bugün, 14:00 İDMAN
-
Özgür Özəl Ərdoğana təzminat ödəyəcək - Məhkəmə qərarı
Bugün, 13:32 SİYASƏT
-
Qara dənizdə azərbaycanlıların olduğu daha bir gəmiyə hücum olub, iki nəfər ölüb - XİN bəyanat yaydı
Bugün, 13:20 GÜNDƏM
-
Baş nazir Əli Əsədov yeni qərar imzayıb
Bugün, 13:09 GÜNDƏM
-
İrandan Azərbaycana 84 kiloqramdan çox narkotik keçirmək istəyiblər
Bugün, 12:53 KRİMİNAL
-
Kəşfiyyatçının 15 il əvvəl həbsxanadakı sirli ölümü: saxlanılanların sayı 19-a çatdı - Sabah məzarı açılır
Bugün, 12:49 SİYASƏT
-
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazanıb - FOTOLAR
Bugün, 12:36 İQTİSADİYYAT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:34 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Baş katibinə məktub ünvanlayıb - MƏTN
Bugün, 12:28 GÜNDƏM
-
Milli Xalça Muzeyində Nərmin Nəcəffin “NAR əfsanəsi” fərdi sərgisi açılıb - FOTOLAR
Bugün, 12:22 MƏDƏNİYYƏT
-
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
Bugün, 12:18 CƏMİYYƏT
-
“Expargo” kargo şirkəti və "Temu"dan növbəti şikayət: kobud cavab, qaytarılmayan vəsait və... - "Qalan məhsullarımın harada olduğu məlum deyil"
Bugün, 12:09 İQTİSADİYYAT
-
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - FOTOLAR
Bugün, 12:01 GÜNDƏM
-
HƏBSDƏ OLAN İCRA BAŞÇISININ MÜSADİRƏ OLUNAN MAŞINLARI... - Kim alıb?
Bugün, 11:42 SİYASƏT
-
Sabiq Baş konsula cinayət işi açıldı - Qaçaqmalçılıq ittihamı ilə
Bugün, 11:29 GÜNDƏM
-
Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda tədarük edilib
Bugün, 11:15 İQTİSADİYYAT
-
ONLARIN MAAŞI BELƏ ARTIRILACAQ - Prezident yeni qaydaları təsdiqlədi
Bugün, 11:06 GÜNDƏM
-
İsraildən Türkiyədə gözlənilmz jest: Ermnistandakı keçmiş səfiri Ankaraya göndərdi - 3 il sonra yeni mərhələyə hazırlıq başlayır?
Bugün, 11:04 SİYASƏT
-
İKİ APARICI AYNA-dan ŞİKAYƏTLƏNİR: "Camaatın narazılığını nəzərə alın” - Ekspert şərhi
Bugün, 10:47 CƏMİYYƏT