Yardımlıda arxeoloji qazıntı: qədim insana məxsus sümüklər aşkarlanıb
MƏDƏNİYYƏT
04.09.2026, 15:14
Yardımlı rayonunda aparılan arxeoloji qazıntı zamanı gənc insana məxsus olan sümüklər aşkarlanıb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elm işçisi, tarix üzrə professor və doktoru, dosent Anar Ağalarzadə məlumat verib.
O qeyd edib ki, əsasən Yardımlıda aparılan arxeoloji qazıntılar nəticəsində qədim dəfn ənənələri haqqında təsəvvür əldə etmək mümkündür: "Yardımlı rayonunun yüksək dağlıq ərazilərində arxeoloji qazıntılar zamanı qədim dəfn adətlərinə dair yeni faktlar üzə çıxarılıb. Ögü kurqanlarında aparılan tədqiqatlar nəticəsində insan qalıqları, saxsı qab fraqmentləri və ritual xarakterli əşyalar aşkarlanıb. Tapıntıların bölgədə Son Tunc və Erkən Dəmir dövründə yaşamış tayfaların həyat tərzi və inancları barədə mühüm məlumat verəcəyi gözlənilir. 12 nəfərlik arxeoloji heyət Ögü kurqanında qazıntı işlərinə avqustun sonlarından başlayıb. Əkin sahələrinin arasında yerləşən abidənin üst qatında, təxminən 40 santimetr dərinlikdən sonra insan skeleti və saxsı qab fraqmentləri üzə çıxıb".
Professor bildirib ki, qazıntıların əsas məqsədi yüksək dağlıq ərazidə yaşamış qədim tayfaların dəfn mədəniyyətlərini öyrənmək, eyni zamanda, onların istehsal təsərrüfatını, sənətkarlıq və məişətini araşdırmaqdır: "İlkin tapıntılar kurqanın eramızdan əvvəl X-IX əsrlərdə də istifadə olunduğunu göstərir. Arxeoloqlar mərkəzi kameraya doğru irəlilədikcə dəfnlə bağlı daha qədim faktların çıxacağı istisna edilmir".
AMEA Arxeologiya və Antropologiya İnstitutun aparıcı elmi işçisi, antropoloq Dmitriy Kiriçenko deyib ki, ilkin nəticələrə görə, kurqanda aşkarlanan sümüklər gənc insana məxsusdur:
"Ola bilər, cavan qadın sümükləridir. Bunu qazıntılar başa çatdıqdan sonra tam dəqiqləşdirə biləcəyik. Sümükləri və kəlləni bərpa edəcəyik. Bu insanın dişində diş daşı və fiziki stressmarkerlər aşkarlanıb. Bu əlamətlər insanın dağ zonasında çox hərəkət etdiyini göstərir".
Ögü kurqanı yüksək dağlıq ərazidə tədqiq olunan ilk iri ölçülü kurqan kimi də diqqət çəkir. Ətrafda bu tipli daha 10-a yaxın kurqan qeydə alınıb. Kurqanın örtüyündən tapılanlar isə yalnız insan qalıqları deyil. Orada tapılan daşdan hazırlanmış əmək aləti və ritual xarakterli olduğu ehtimal edilən nazik daş lövhə də tədqiqatçıların maraq dairəsindədir. Nəticələrin bölgənin Son Tunc və Erkən Dəmir dövrü mədəniyyətinə dair yeni elmi məlumatlar ortaya çıxaracağı gözlənilir.
Qeyd edək ki, ərazidə həcmindən və aşkar ediləcək artefaktların təyinatından asılı olaraq arxeoloji qazıntılar hələ bir müddət davam edəcək(Report)
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan və İran prezidentləri görüşüb
Bugün, 14:17 GÜNDƏM
-
Prokuror olmaq istəyənlər imtahan verdi
Bugün, 14:07 CƏMİYYƏT
-
Pezeşkian "MDB +1" formatının yaradılmasını təklif edir
Bugün, 14:02 DÜNYA
-
Xəzəryanı ölkələrin liderləri toplandı - İlham Əliyev çıxış edib + FOTO
Bugün, 13:43 GÜNDƏM
-
Putin İlham Əliyevlə bir arada - FOTOLAR
Bugün, 13:22 GÜNDƏM
-
KİYEV MERİ PAYTAXTA QORXU SALDI: "İmkanı olan şəhəri tərk etsin..." - "Biz Putinə arzuladığı bu "ən yaxşı ssenari"ni qətiyyən verməyəcəyik"
Bugün, 13:21 GÜNDƏM
-
Sabah leysan yağacaq
Bugün, 13:05 CƏMİYYƏT
-
Avropa İnsan Hüquqları Məhkəməsi Rauf Mirqədirovla bağlı qərar verdi
Bugün, 12:59 SİYASƏT
-
Baş məşqçi türk klubuna 330 min avro borcu bağışladı
Bugün, 12:59 İDMAN
-
ƏLİYEV, PUTİN və BERDİMƏHƏMMƏDOV BİR ARADA - Üçlü görüş + FOTOLAR
Bugün, 12:45 GÜNDƏM
-
Türkiyədə iki məşhur jurnalist saxlanıldı - İkisi isə ifadəyə çağırıldı
Bugün, 12:43 PRESS
-
Abşeron Rayon İcra Hakimiyyəti 646 minlik tenderə hazırlaşır
Bugün, 12:32 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında - ÇIXIŞ + FOTOLAR (Yenilənib)
Bugün, 12:27 GÜNDƏM
-
Araz Ağalarov həyat yoldaşı birgə sualları cavablandırıb
Bugün, 12:23 CƏMİYYƏT
-
“Retro Holding” MMC-nin vəzifəli şəxsi həbs edilib - 1.5 milyon manatlıq iddia
Bugün, 12:14 CƏMİYYƏT
-
Coca-Cola çökür? - Yüzlərlə filialı olan nəhəng brend satılır
Bugün, 12:08 İQTİSADİYYAT
-
Keçmiş partiya sədrinə kompensasiya ödəniləcək - Əli Əliyev barışdı
Bugün, 12:06 SİYASƏT
-
"Daha sürətlə irəliləmək mümkündürmü? Yəqin ki, mümkündür" - Putin liderlərə "Maneələri aradan qaldırmaq" mesajı verdi
Bugün, 11:49 GÜNDƏM
-
"Bu, şübhəsiz ki, tarixi bir andır" - Lukaşenkodan İlham Əliyevin mesajına reaksiya
Bugün, 11:28 SİYASƏT
-
"Kapital Bank"ın işçisinə SOCAR-da vəzifə verildi
Bugün, 11:08 İQTİSADİYYAT
-
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında : "Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə..."
Bugün, 11:00 GÜNDƏM
-
"Azərsun Holdinq"lə 50 min manatlıq "Media Balans"ı bir-birinə bağlayır ki...
Bugün, 10:58 İQTİSADİYYAT
-
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır"
Bugün, 10:47 GÜNDƏM
-
"Tacir müəllim sənəti yaşadan, gənc yaşlarından Bayatı-Şirazı qızıl fonda yaşadan, istedadlı və..."
Bugün, 10:20 MƏDƏNİYYƏT
-
Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürüldü: siyasi müxaliflərə qarşı zorakılıq və...
Bugün, 10:03 DÜNYA
-
Azərbaycan nefti fantastik qiymətə yüksəldi - Qara qızıl daha 8 dollar bahalaşdı
Bugün, 09:45 İQTİSADİYYAT
-
PAKİSTAN YƏMƏNDƏ HÜSİLƏRƏ QARŞI MÜHARİBƏYƏ GİRDİ - Qırıcılar üsyançılara bomba yağdırır, Ankara və İslamabad...
Bugün, 09:39 GÜNDƏM
-
Adanı tısbağalar basıb - 180 min...
Bugün, 09:20 DÜNYA
-
Azərbaycan Prezidenti: "Donald Tramp Nobel Sülh Mükafatı almalıdır"
Bugün, 09:00 GÜNDƏM
-
Husilər Ər-Riyad Hava Limanına yenə zərbə endirdi - 2,5 milyon dollarlıq təyyarə yandı + FOTO
Bugün, 00:11 DÜNYA
-
Türkiyədə yüksək vəzifəli şəxs güllələndi
Bugün, 00:05 KRİMİNAL
-
ABŞ-da qızılca halları ötən il təxminən iki dəfə artıb
Bugün, 00:04 DÜNYA
-
Hadrutun işğaldan azad olunmasından 6 il ötür
Bugün, 00:02 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT