Fərid Şəfiyev: "Aİ-dəki lobbiçi dairələr Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışır" - "Həmin orqan Ruben Vardanyanı..."

Fərid Şəfiyev: \"Aİ-dəki lobbiçi dairələr Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışır\" - \"Həmin orqan Ruben Vardanyanı...\"

GÜNDƏM

Bugün, 12:07

"Avropa İttifaqı (Aİ) ölkələrindəki bəzi lobbiçi dairələr humanitar məsələlər adı altında Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışırlar".

Mia.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (AIR Center) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda AIR Center və LINKS Europe Fondu tərəfindən təşkil olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı daxilində Qarabağ mövzusunu yenidən qaldırmağa çalışan lobbiçilərin və "ictimai müdafiə qrupları"nın nümayəndələrinin kifayət qədər geniş şəbəkəsi mövcuddur.

F.Şəfiyev vurğulayıb ki, Azərbaycan sayıqlığını qorumalıdır, çünki Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə mane olmaqda maraqlı olan qüvvələr var.

O, Ruben Vardanyanı nümunə gətirərək qeyd edib ki, onu Vatslav Havel mükafatının namizədləri siyahısında görmək qəribə idi.

"Həmin orqan Ruben Vardanyanı çirkli pulları yuyan və Ukraynaya qarşı hərbi əməliyyatları dəstəkləyən şəxs adlandırıb", - F.Şəfiyev bildirib.

O qeyd edib ki, hazırda Cənubi Qafqazda geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb və tərəflər sülhdən danışırlar(Report).

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR