BİŞKEKDƏ ƏLİYEV-PAŞİNYAN GÖRÜŞÜ: "Bu, sülhün praktiki icrası baxımından həyati əhəmiyyət daşıyır" - TƏHLİL
SİYASƏT
Bugün, 13:09
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində mühüm görüşlər baş tutub. Bunlar arasında ən çox diqqət çəkən, heç şübhəsiz, Azərbaycan Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş olub.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hər iki lider ŞƏT Zirvə toplantısında iştirak etmək məqsədilə Bişkekə səfər etsə də, sammit çərçivəsində ikitərəfli görüşün keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, hər şeydən əvvəl, Azərbaycan-Ermənistan münasibətlərində birbaşa dialoqun davam etdirilməsi baxımından müsbət məqamdır.
Göründüyü kimi, tərəflər görüşü hər hansı vasitəçinin iştirakı olmadan, birbaşa formatda keçirirlər. Ümumiyyətlə, son dövrlərdə Azərbaycan və Ermənistan arasında təmasların məhz ikitərəfli müstəvidə aparılması, eləcə də belə görüşlərin beynəlxalq tədbirlər çərçivəsində əvvəlcədən razılaşdırılaraq dövlət rəsmiləri tərəfindən təşkil edilməsi tərəflər arasında dialoq kanallarının qorunduğunu və siyasi təmasların davam etdiyini göstərir.
Görüş zamanı liderlər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin nəticələrinə də toxunublar. Onlar ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin, eləcə də “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini xüsusi vurğulayıblar.
Bu da müsbət məqamdır. Çünki tərəflər arasında hazırda daha çox ortaq məxrəcə gəlinən və ya həlli mümkün hesab edilən məsələlər ətrafında danışıqlar aparılır. Halbuki 30 ildən artıq davam edən danışıqlar prosesində tərəflərin ciddi fikir ayrılıqları içində olduğunun və bu səbəbdən prosesin nəticəsiz qaldığının şahidi olurduq. Bu mənada, Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və uzunmüddətli sülhün formalaşdırılması istiqamətində mühüm siyasi mərhələ idi.
Əslində, bu gün sülh prosesi konkret praktiki nəticələrlə müşayiət olunur. Məsələn, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəələrin Azərbaycan ərazisi ilə Ermənistana tranzitinin həyata keçirilməsi, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh öncəsi əldə edilən mühüm və əyani uğurlardır.
Görüşdə Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası məsələsi də mühüm istiqamətlərdən biri kimi diqqətdə saxlanılıb. Tərəflər delimitasiya üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edərək, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun şəkildə fəaliyyətlərini davam etdirməsinin vacibliyini vurğulayıblar.
Bu məsələ xüsusilə önəmlidir. Çünki sülhün dayanıqlı olması üçün dövlətlər arasında sərhədlərin hüquqi və praktiki baxımdan müəyyənləşdirilməsi vacib şərtlərdən biridir. Düzdür, bu sahədə tərəflər arasında mühüm irəliləyiş var. Proses ümumilikdə ləng gedə bilər. Amma nəticə var və bu, müsbətdir.
Liderlər görüş zamanı TRIPP layihəsinin əhəmiyyətini də xüsusi qeyd ediblər. Bu gün heç kəsə sirr deyil ki, TRIPP yalnız nəqliyyat məsələsi deyil. Bu marşrut regionda yeni kommunikasiya imkanlarının formalaşmasına, iqtisadi əlaqələrin genişlənməsinə və Cənubi Qafqazın daha geniş regional nəqliyyat şəbəkəsinə inteqrasiyasına şərait yaradacaq.
Azərbaycan-Ermənistan münasibətləri baxımından isə bu cür bağlantıların yaradılması iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin dərinləşməsi və sülhün praktiki icrası baxımından həyati əhəmiyyət daşıyır.
Turan Rzayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbul edib, sIra baxışı keçirib - VİDEO
Bugün, 14:59 CƏMİYYƏT
-
Misir Kraliçasına məxsus tarixi boyunbağı oğurlanıb - FOTOLAR
Bugün, 14:52 MƏDƏNİYYƏT
-
Nurlan Valehoğlu mətbuat katibi vəzifəsinə təyin olunub
Bugün, 14:35 PRESS
-
Prezident “ŞƏT plyus” formatındakı görüşdə - FOTOLAR (Yenilənib)
Bugün, 14:18 GÜNDƏM
-
5 ÖLKƏNİN BİRİNCİ XANIMLARI BİR ARADA: Azərbaycan, Türkiyə, Çin... - FOTOLAR
Bugün, 14:06 GÜNDƏM
-
Pakistan XİN-dən ABŞ və İrana mesaj: "Yeganə yol danışıqlardır"
Bugün, 13:57 DÜNYA
-
“İdman Azərbaycan” və MTV kanalının keçmiş rəhbərininə kim və necə aldadıb? - 185 min manatlıq qalmaqal
Bugün, 13:21 PRESS
-
BİŞKEKDƏ ƏLİYEV-PAŞİNYAN GÖRÜŞÜ: "Bu, sülhün praktiki icrası baxımından həyati əhəmiyyət daşıyır" - TƏHLİL
Bugün, 13:09 SİYASƏT
-
Tələbə Vüsal Şilderin qətlinin sifarişçisi: 13 il sonra hakim qarşısına çıxarılır
Bugün, 12:47 KRİMİNAL
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:40 CƏMİYYƏT
-
Balıq ovu mövsümü başlayıb
Bugün, 12:29 CƏMİYYƏT
-
"Ziyalı cəmiyyətdə ancaq bozluq, alim həmkarlarında ancaq sxolastika görürsə, onda..." - Keçmiş komitə sədri
Bugün, 12:14 MƏDƏNİYYƏT
-
TƏBİB-də daha bir dəyişiklik - Keçmiş rəhbərin qohumu işdən çıxarıldı
Bugün, 11:59 CƏMİYYƏT
-
Bişkekdə Qırğızıstan Prezidenti adından ziyafət verildi - VİDEO
Bugün, 11:55 GÜNDƏM
-
Prezident Hindistanın Baş naziri ilə söhbətləşdi - FOTOLAR
Bugün, 11:45 GÜNDƏM
-
Tahir Kərimli hardadır? - İddialar və...
Bugün, 11:39 SİYASƏT
-
“PAŞA Bank”ın işçilərnin sayı azalıb - Səbəb nədir?
Bugün, 11:39 İQTİSADİYYAT
-
5 bürc sahibinin şansı güləcək - Sentyabrda
Bugün, 11:22 MƏDƏNİYYƏT
-
Ceyhun Bayramovla İran XİN başçısı görüşdü - Bişkekdə nələr müzakirə olunub?
Bugün, 11:14 SİYASƏT
-
ABŞ ordusundan gözlənilməz istefa: komandan vəzifədən ayrıldı
Bugün, 11:05 DÜNYA
-
İsrail Suriyanın daha bir kəndini ələ keçirib
Bugün, 10:56 DÜNYA
-
Kəlbəcərli şairi hədələyiblər: "Dedilər ki, Şef haqqında yazma, səni dəlixanaya qoyduracağıq, orada da..."
Bugün, 10:42 SİYASƏT
-
"Azəriqaz"da işçilərə ayrılan avtobuslar geri alındı: "Cənab Baş direktor, işçilərin günahı nədir?" - Region rəislərinin xidməti maşınları da...
Bugün, 10:30 CƏMİYYƏT
-
Modern.az saytının ad günüdür
Bugün, 10:26 PRESS
-
Deputatın qudası şikayət verdi
Bugün, 10:24 CƏMİYYƏT
-
Bəzi dağ çaylarından sel keçəcək - Xəbərdarlıq
Bugün, 10:12 CƏMİYYƏT
-
Ağdam şəhərinə növbəti köç olub
Bugün, 10:02 GÜNDƏM
-
"Əl Hilal" Olli Uotkinsi transfer etdi - 50 milyon funt sterlinqə
Bugün, 09:56 İDMAN
-
Bişkekdə İlham Əliyevlə Ərdoğan görüşüb - FOTOLAR
Bugün, 09:35 GÜNDƏM
-
Türkiyədə daha bir jurnalistə cinayət işi açılıb - Efirdəki sözlərinə görə
Bugün, 09:24 PRESS
-
Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə müzakirə apardı
Bugün, 09:18 SİYASƏT
-
"Mançester Siti" Allan Elias ilə müqavilə imzaladı
Bugün, 09:09 İDMAN
-
DƏYİŞƏN SƏDR, DƏYİŞMƏYƏN İDARƏÇİLİK: yaxud AAYDA-da kimlərin ulduzu parlayıb?
Bugün, 09:03 CƏMİYYƏT
-
PJAK İranda bir kəndə qəfil hücum edib - Yaralılar var
Bugün, 00:56 GÜNDƏM