"Azəriqaz"da işçilərə ayrılan avtobuslar geri alındı: "Cənab Baş direktor, işçilərin günahı nədir?" - Region rəislərinin xidməti maşınları da...

\"Azəriqaz\"da işçilərə ayrılan avtobuslar geri alındı: \"Cənab Baş direktor, işçilərin günahı nədir?\" - Region rəislərinin xidməti maşınları da...

CƏMİYYƏT

Bugün, 10:30

""Azəriqaz" İB Lənkaran RQİİ-dən yazırlar ki, artıq üç aydır Lənkəran RQİİ-nin başqa rayonlarda yerləşən Xidmət Sahələrində çalışan işçiləri daşıyan avtobusu işə buraxmırlar. Əvvəllər həmin avtobus səhər saat 7.00-da Bilasuvardan çıxıb, yolüstü Cəlilabadda işləyən işçiləri Cəlilabada, ordan Masallıda işləyənləri Masallıya, Lənkaranda işləyənləri isə Lənkarana aparırdı. Axşam saat 18.00-da isə həmin işçiləri yaşadıqları rayonlara geri qaytarılırdı...".

Mia.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında paylaşım edib.

O, qurumun işçilərinə istinadla xəbər verir ki, indi isə işçilər öz pulları ilə işə gəlib-gedirlər: "Biləsuvardan Lənkərana 95 km, Cəlilabaddan 70 km, Masallıdan 35 kmdir. İşçilər qeyd edir ki, ən azı 200 manat pulumuz nəqliyyat xərclərinə sərf olunur.

Cənab Baş direktor, işçilərin günahı nədir? İşçilərə verdiyiniz əziyyət bumeranq olub, özünüzə də qayıda bilər! Sadəcə zamana ehtiyac duyulur".

Bu paylaşıma şərh yazan Sadiq Abdullayev isə bildirib ki, tək Lənkəran RQİİ deyil, "Azəriqaz"ın özünə xidmət edən avtobuslar da götürülüb: "Regionlarda rəis, baş mühəndislərin də maşınları alınıb. Nəqliyat idarəsi ilə nəsə alıb verə bilmədikləri var".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR