Balıq ovu mövsümü başlayıb
CƏMİYYƏT
Bugün, 12:29
Kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədli balıq ve diger su bioresurslarının ovuna qoyulmuş moratoriumun müddəti başa çatır.
Mia.az xəbər verir ki, sentyabrın 1-dən müəyyən edilmiş qaydalara uyğun olaraq balıq ovu müddəti açıq elan olunur.
Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovuna Xəzər dənizində, Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında tətbiq olunan moratorium sentyabrın 1-də başa çatır.
Beləliklə, bu gündən etibarən qeyd olunan su hövzələrində balıq ovu fəaliyyətinin həyata keçirilməsi üçün mövsüm açıq elan olunur. Balıq ovu ilə məşğul olan şəxslərin mövcud qaydaları diqqətlə nəzərə alması və ov fəaliyyətini yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməsi vacibdir.
Qanunsuz balıq ovunun qarşısının alınması və su bioresurslarının mühafizəsinin təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakulura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin Azərbaycana mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir. Nəzarət tədbirləri çərçivəsində balıq ovu qaydalarına əməl olunmasına, qanunsuz ov hallarının qarşısının alınmasına və su bioresurslarının qorunmasına diqqət yetirilir.
Xatırladaq ki, balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Balıqçılıq və Akvakulura Mərkəzi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri müəyyən edilmiş qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə, həmçinin müvafiq balıqovlama bileti olmayan vətəndaşları su hövzələrində ovla məşğul olmamağa çağırır.
Eyni zamanda, vətəndaşların su hövzələrində rast gəldikləri qanunsuz balıq ovu halları barədə Balıqçılıq və Akvakulura Mərkəzinə və Su Nəqliyyatında Polis İdarəsinə məlumat vermələri xahiş olunur. Vətəndaşların bu istiqamətdə göstərəcəyi dəstək balıq ehtiyatlarının mühafizəsinə və qanunsuz ov hallarının qarşısının alınmasına töhfə verəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“İdman Azərbaycan” və MTV kanalının keçmiş rəhbərininə kim və necə aldadıb? - 185 min manatlıq qalmaqal
Bugün, 13:21 PRESS
-
BİŞKEKDƏ ƏLİYEV-PAŞİNYAN GÖRÜŞÜ: "Bu, sülhün praktiki icrası baxımından həyati əhəmiyyət daşıyır" - TƏHLİL
Bugün, 13:09 SİYASƏT
-
Tələbə Vüsal Şilderin qətlinin sifarişçisi: 13 il sonra hakim qarşısına çıxarılır
Bugün, 12:47 KRİMİNAL
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:40 CƏMİYYƏT
-
Balıq ovu mövsümü başlayıb
Bugün, 12:29 CƏMİYYƏT
-
Prezident “ŞƏT plyus” formatındakı görüşdə - FOTOLAR (Yenilənib)
Bugün, 12:28 GÜNDƏM
-
"Ziyalı cəmiyyətdə ancaq bozluq, alim həmkarlarında ancaq sxolastika görürsə, onda..." - Keçmiş komitə sədri
Bugün, 12:14 MƏDƏNİYYƏT
-
TƏBİB-də daha bir dəyişiklik - Keçmiş rəhbərin qohumu işdən çıxarıldı
Bugün, 11:59 CƏMİYYƏT
-
Bişkekdə Qırğızıstan Prezidenti adından ziyafət verildi - VİDEO
Bugün, 11:55 GÜNDƏM
-
Prezident Hindistanın Baş naziri ilə söhbətləşdi - FOTOLAR
Bugün, 11:45 GÜNDƏM
-
Tahir Kərimli hardadır? - İddialar və...
Bugün, 11:39 SİYASƏT
-
“PAŞA Bank”ın işçilərnin sayı azalıb - Səbəb nədir?
Bugün, 11:39 İQTİSADİYYAT
-
5 bürc sahibinin şansı güləcək - Sentyabrda
Bugün, 11:22 MƏDƏNİYYƏT
-
Ceyhun Bayramovla İran XİN başçısı görüşdü - Bişkekdə nələr müzakirə olunub?
Bugün, 11:14 SİYASƏT
-
ABŞ ordusundan gözlənilməz istefa: komandan vəzifədən ayrıldı
Bugün, 11:05 DÜNYA
-
İsrail Suriyanın daha bir kəndini ələ keçirib
Bugün, 10:56 DÜNYA
-
Kəlbəcərli şairi hədələyiblər: "Dedilər ki, Şef haqqında yazma, səni dəlixanaya qoyduracağıq, orada da..."
Bugün, 10:42 SİYASƏT
-
"Azəriqaz"da işçilərə ayrılan avtobuslar geri alındı: "Cənab Baş direktor, işçilərin günahı nədir?" - Region rəislərinin xidməti maşınları da...
Bugün, 10:30 CƏMİYYƏT
-
Modern.az saytının ad günüdür
Bugün, 10:26 PRESS
-
Deputatın qudası şikayət verdi
Bugün, 10:24 CƏMİYYƏT
-
Bəzi dağ çaylarından sel keçəcək - Xəbərdarlıq
Bugün, 10:12 CƏMİYYƏT
-
Ağdam şəhərinə növbəti köç olub
Bugün, 10:02 GÜNDƏM
-
"Əl Hilal" Olli Uotkinsi transfer etdi - 50 milyon funt sterlinqə
Bugün, 09:56 İDMAN
-
Bişkekdə İlham Əliyevlə Ərdoğan görüşüb - FOTOLAR
Bugün, 09:35 GÜNDƏM
-
Türkiyədə daha bir jurnalistə cinayət işi açılıb - Efirdəki sözlərinə görə
Bugün, 09:24 PRESS
-
Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə müzakirə apardı
Bugün, 09:18 SİYASƏT
-
"Mançester Siti" Allan Elias ilə müqavilə imzaladı
Bugün, 09:09 İDMAN
-
DƏYİŞƏN SƏDR, DƏYİŞMƏYƏN İDARƏÇİLİK: yaxud AAYDA-da kimlərin ulduzu parlayıb?
Bugün, 09:03 CƏMİYYƏT
-
PJAK İranda bir kəndə qəfil hücum edib - Yaralılar var
Bugün, 00:56 GÜNDƏM
-
Türkiyə Super Liqası: "Beşiktaş" 6 qol atdı, "Trabzonspor" isə...
Bugün, 00:44 İDMAN
-
Rusiya ordusu Kiyev və Odessaya zərbələr endirib
Bugün, 00:34 DÜNYA
-
Ərdoğan təhqir edən bloger saxlanıldı
Bugün, 00:20 PRESS
-
"Liverpul" yeni futbolçu aldı - 123 milyon funt sterlinqə
Bugün, 00:19 İDMAN
-
İran ABŞ-ın daha bir nəhəng PUA-sını vurub
Bugün, 00:15 DÜNYA