"Ziyalı cəmiyyətdə ancaq bozluq, alim həmkarlarında ancaq sxolastika görürsə, onda..." - Keçmiş komitə sədri
MƏDƏNİYYƏT
01.09.2026, 12:14
“Yazıçı Aqşin Yeniseyin Azərbaycan ziyalılarına, alimlərinə, yazıçılarna və siyasətçilərinə “sxolast”, “yaltaq” və “tutuquşu” damğası vurduğu məqaləsi “azad mütəfəkkir” manifesti iddiasındadır. Lakin Nitşe, Popper və Ramsey kimi böyük adların arxasında kifayət qədər bəsit bir təzahür görünür - qalmaqal və epataj üzərində qurulmuş nihilizm. Hər tənqid irəliyə doğru addımdırmı? Dağıtmaq qurmaq demək deyil. Müəllif guya Azərbaycan mühiti tərəfindən batırılan “düşüncə Kolumbları”ndan yazır. Lakin gəlin sadə bir sual verək: Yeniseyin özü hər şeyi darmadağın etməkdən başqa ortaya nə qoyub? Hər kəsə — akademiklərdən və professorlardan tutmuş, həkimlərə, müəllimlərə və şairlərə qədər hamıya yuxarıdan aşağı baxaraq onları “sıfır səviyyəsi” elan etmək çox asandır. Bu gün bir qələm zərbəsi ilə üstündən xətt çəkməyə çalışdığı insanların illərlə apardığı arxiv və elm fəaliyyəti kimi zamanın sınağından çıxacaq bir əsər yaratmaq isə müqayisəolunmaz dərəcədə çətindir”. Bunu professor, fəlsəfə elmleri doktoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev deyib. Alim bildirib ki, Nitşe haqqında yazılmış tədqiqat ədəbiyyatında, hətta onun kitablarının ön sözündə də dahi filosofu Avropanı bürüyən və onun bütün fəlsəfəsini qırxıb-keçən “qudurmuş qurd” kimi təsvir edirlər: “Lakin Nitşe nəhəng miqyaslı bir qiyamçı idi və zəngin Avropa düşüncə ənənəsi daxilində hərəkət edirdi. Bu gün gənc müəlliflər həmin “qurdun” dərisini əyninə geyinməyə çalışanda ortaya dəyərlərin böyük yenidən qiymətləndirilməsi deyil, öz aliminə, yazıçısına qarşı bəsit aqressiya çıxır. Dağıdıcı qüvvəni təqlid etmək yeni bir şey yaratmaqdan qat-qat asandır. Əməyə və yaşa hörmət etmək lazımdır. Cəmil Həsənliyə qarşı edilən hücum xüsusilə xoşagəlməz görünür. İnsanın siyasi baxışlarına müxtəlif cür yanaşmaq olar, lakin onun Azərbaycan tarix elminə verdiyi böyük töhfəni dana bilmərik. Cəmil müəllim ağsaqqal yaşda olan bir insandır, ömrünün onilliklərini arxivlərə, monoqrafiyalara və ölkənin tarix bazasının formalaşmasına həsr etmiş nəslin nümayəndəsidir. O, özünün əsas fundamental əsərlərini artıq yazıb, “historiqafiya” elmində layiq olduğu yeri tutub və öz işini bitirib. Bu gün tənqid edənlər hələ qələm tutmağı bacarmayanda elmə qüvvə sərf etmiş ahıl bir insana hücum etmək nə “demokratiklikdir”, nə də “sxolastikaya qarşı mübarizə”. Bu, sadəcə elementar nəzakətin, özgənin həyat yoluna və haqq etdiyi dincəlməyə qarşı hörmətin olmamasıdır. Filosof maskası altında snobizm... Müəllifin öz xalqına qarşı kütlə və “proletariat” deyərək yuxarıdan aşağı münasibəti xüsusilə narahatlıq doğurur. Ziyalı cəmiyyətdə ancaq bozluq, alim həmkarlarında isə ancaq sxolastika görürsə, onda o, kim üçün və nə üçün yazır? Həqiqi fəlsəfə hər zaman şəfqətlə və cəmiyyəti qaldırmaq istəyi ilə zəngindir, nəinki fəxri kürsüyə çıxıb ətrafa təkəbbür yağdırmaqla. Akademik yoldan və sistemli təhsildən imtina etmək mütəfəkkir şücaəti deyil, dərin, zəhmət tələb edən işin məsuliyyətindən qaçmaqdır. Başqalarının səhvləri haqqında ucadan qışqıran parıltılı publisistik kometa olmaq hər gün kərpic-kərpic milli mədəniyyəti qurmaqdan daha rahatdır. Zaman həmişə hər şeyi öz yerinə qoyur. Qalmaqallı esselər dərc olunduqdan bir həftə sonra unudulur, alimlərin və həqiqi söz ustalarının fundamental əsərləri isə kitabxanalarda onilliklərlə qalır və bunu heç bir “çəkiclə” dəyişmək mümkün deyil”/Pravda
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çempionlar Liqası: "Qalatasaray" uduzdu
Bugün, 01:00 İDMAN
-
Baş nazir Suriyada Hermon dağının zirvəsinə qalxdı, bölgə ölkələrini təhdid etdi: "Bütün ox sonda çökəcək"
Bugün, 00:34 GÜNDƏM
-
"Fənərbağça" - "Roma" matçı: "qara bazar"da bilet satanlar saxlanılıb
Bugün, 00:26 İDMAN
-
Keçmiş baş nazir Ərdoğanı oğlunun toyuna dəvət etdi
Bugün, 00:19 DÜNYA
-
Özgür Özəldən Mənsur Yavaşla Ərdoğanın qapalı görüşünə - Reaksiya
Bugün, 00:12 SİYASƏT
-
"Fənərbağça"nın stadionunun tutumu artırılır - Dam örtüyü 6 metr qaldırılacaq, yeni tribunalar və...
Bugün, 00:08 İDMAN
-
ƏRDOĞAN ELƏ SİYASİ GEDİŞ ELƏDİ Kİ... - Müxalifətin vahid namizədliyinə adı hallanan Yavaşla qapalı görüşdən ilk açıqlamalar (FOTO)
Bugün, 00:01 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Çempionlar Liqası: iki oyunda qapılara 10 qol vuruldu
09.09.2026, 22:52 İDMAN
-
Xaricdən mal gətirmə qaydaları dəyişdi - Hökumət qərar verdi + DETALLAR
09.09.2026, 22:06 İQTİSADİYYAT
-
Leyla Əliyeva, Arzu Əliyeva və diplomatlar Madriddə sərgidə - VİDEO, FOTOLAR (YENİLƏNİB)
09.09.2026, 20:36 GÜNDƏM
-
YƏMƏNDƏ MÜDAFİƏ NAZİRİNİN KARVANINA HÜCUM OLDU - Nazirin taleyi məlum deyil
09.09.2026, 18:56 DÜNYA
-
PUTİN-TRAMP DANIŞIĞINDAN SONRA BAKIYA ZƏNG və ya PAŞİNYANIN PARİSƏ TƏLƏSİK SƏFƏRİ: nə baş verir? (TƏHLİL)
09.09.2026, 18:44 SİYASƏT
-
"Yaşıl Teatr" və Bakı Şəhər Bələdiyyə Teatrı nazirliyin tabeliyinə verildi
09.09.2026, 18:11 MƏDƏNİYYƏT
-
"Əgər Bişkekdə müzakirə olunan sülh, ticarət və nəqliyyat layihələri real nəticələrə çevrilərsə..." - TƏHLİL
09.09.2026, 18:05 SİYASƏT
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
09.09.2026, 17:47 MƏDƏNİYYƏT
-
Məşğulluq Agentliyi eyni şirkətdən anbar icarəyə götürüb
09.09.2026, 17:22 İQTİSADİYYAT
-
İsmayıllıda toyda kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
09.09.2026, 17:09 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
09.09.2026, 17:00 İQTİSADİYYAT
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09.09.2026, 16:52 GÜNDƏM
-
Dustaqlara futbola baxmaq qadağan olundu
09.09.2026, 16:17 DÜNYA
-
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı - Saxlanılan var - Foto
09.09.2026, 16:13 PRESS
-
TÜRKİYƏNİN 3 NAZİRİNİN MÖBİL TELEFONUNA SIZMA CƏHDİ OLUB
09.09.2026, 16:01 SİYASƏT
-
"Samsunspor"da ayrılıq olub
09.09.2026, 15:42 İDMAN
-
Təhsil fədakarı... - Səxavət Tağlar Nailə Məmmədovanı təbrik edib
09.09.2026, 15:34 MƏDƏNİYYƏT
-
QHT işi: Qalib Bayramova hökm oxundu
09.09.2026, 15:24 SİYASƏT
-
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə düşdü - FOTO
09.09.2026, 15:15 GÜNDƏM
-
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - VİDEO, FOTOLAR
09.09.2026, 15:08 CƏMİYYƏT
-
İlham Əliyev Xalq artisti vəfatı ilə bağlı nekroloq imzaladı - MƏTN
09.09.2026, 15:02 GÜNDƏM
-
Suriyada silah anbarı partladılıb - Yaralılar var
09.09.2026, 14:47 DÜNYA
-
"Kurtlar Vadisi Pusu" ilə tanınan 54 yaşlı aktrisa bu dəfə geyimiylə gündəm oldu
09.09.2026, 14:17 ŞOU-BİZNES
-
Türkiyə Qara dənizdə yenidən neft axtaracaq
09.09.2026, 14:09 İQTİSADİYYAT
-
Kollecdə korrupsiya faktları üzə çıxdı: 4 nəfərə cinayət işi açıldı
09.09.2026, 13:33 CƏMİYYƏT
-
Ceyhun Bayramov: "Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir"
09.09.2026, 13:18 SİYASƏT