Prezident “ŞƏT plyus” formatındakı görüşdə - FOTOLAR (Yenilənib)

Prezident “ŞƏT plyus” formatındakı görüşdə - FOTOLAR (Yenilənib)

GÜNDƏM

Bugün, 11:28

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir.

Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gəlib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.

Sonra “ŞƏT plyus” formatında keçirilən görüşün iştirakçıları birgə foto çəkdiriblər.

***

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iştirakçı dövlətlərinin başçıları Bişkekdəki sammitin yekunları üzrə 28 sənəd imzalayıblar.

Mia.az xəbər verir ki, liderlər ŞƏT-in 25 illiyi ilə bağlı Bişkek Bəyannaməsini; ŞƏT-ə üzv dövlətlərin beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə 2026-2028-ci illər üçün Qarşılıqlı Fəaliyyət Planını; ŞƏT-ə üzv dövlətlərin limanların və logistika mərkəzlərinin inkişafı üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planını imzalayıblar.

Bundan başqa, sammit iştirakçıları ŞƏT-ə üzv dövlətlərin Başçıları Şurasının nüvə və fiziki nüvə təhlükəsizliyi naminə çoxtərəfli tərəfdaşlığın möhkəmləndirilməsi üzrə bəyannaməsini; Lahor (Pakistan) şəhərinin 2026-2027-ci illərdə ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilməsi haqqında sənədi və bir sıra digər sənədləri imzalayıblar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR