Özgür Özəllə Kılıçdaroğlu yenə yasda üz-üzə gəldi - FOTO

Özgür Özəllə Kılıçdaroğlu yenə yasda üz-üzə gəldi - FOTO

SİYASƏT

Bugün, 13:03

CHP sədri Kamal Kılıçdaroğlu və Yeni Partiya sədri Özgür Özel Türkiyə Böyük Millət Məclisində  keçmiş CHP sədrinin müavini Cevdet Selvinin vida mərasimində görüşüblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yeni Partiya yaradıldqdan sonra ilk dəfə üz-üzə görüşən iki lider əl sıxıblar.

Bununla bağlı yayılan görüntüdə Özəlin gərginliyi aydın sezilib.

Xatırladaq ki, bundan əvvəl, yəni, Yeni Partiya yaradılmamışdan əvvəl də hər iki lider yas mərasimində görüşmüşdülər. O zaman da onların görüşü  müzakirə yaratmışdı.

Xatırladaq ki, avqustun 28-də vəfat edən Cevdet Selvi 1999 və 2010-cu illərdə Dəniz Baykalın istefaları zamanı iki dəfə CHP sədrinin vəzifəsini müvəqqəti icra edən və 4 dönəm deputat olan qatı CHP-çi idi...

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR