Qurbanova "aktyor" deyən sabiq deputatı hədələyirlər: "Axırım necə olacaq, heç özüm də bilmirəm"

Qurbanova \"aktyor\" deyən sabiq deputatı hədələyirlər: \"Axırım necə olacaq, heç özüm də bilmirəm\"

SİYASƏT

Bugün, 13:44

"Qurban Qurbanovdan məşqşi olmaz".

Mia.az xəbər verir ki, bu barədə keçmiş deputat Etibar Əliyev "Facebook" səhifəsində yazıb.

O, paylaşımında daha sonra yazıb: "Qurban Qurbanovun başını buraxın: ondan məşqçi olmaz: o, böyük əmlaklar sahibi, gözə soxulan maşın nömrələri almaq və böyük məbləğdə əməkhaqqı ilə özünü və nəslini tam təmin etməklə rahatlıq içində yaşayır… Futbol azarkeşiri kimi bu günkü oyundan utandım. Bu utanverici məğlubiyyətdən sonra Qurban istefa verməlidir.. Qurban yaxşı aktyor ola bilərdi. Heyif ki, sənətini səhv salıb".

Mia.az xəbər verir ki, bu paylaşımdan sonra daha çox qaragürühçular sabiq deputata qarşı az qala "səlib yürüşü"nə keçiblər.

Hətta bu paylaşıma görə, deputatı təhdid edənlər də var.

Bu barədə deputatın özü növbəti paylaşımında məlumat açIqlayıb: "Futbol azarkeşi olmaq mənə baha başa gəldi.Məni razborkaya çağırırlar. Axırım necə olacaq, heç özüm də bilmirəm".

Samir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR