TENDER MÜQAVİLƏLƏRİ... - Ali Məhkəmə mübahisəli vəziyyətlərlə bağlı vahid qərar qəbul etdi
İQTİSADİYYAT
Bugün, 10:06
Azərbaycan Ali Məhkəməsinin Plenumu podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə yeni qərar qəbul edib.
Mia.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, qərarda podrat müqaviləsinin hüquqi mahiyyəti, kommersiya subyektlərinə münasibətdə podrat müqaviləsinin forma tələbləri və "Dövlət satınalmaları haqqında" Qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, müqavilə tərəflərinin hüquqları və öhdəlikləri ətraflı izah olunub:
"Bu hüquqi mövqelər həm sahibkarlar, həm dövlət qurumları, həm də vətəndaşlar üçün müqavilə münasibətlərinin daha təhlükəsiz və hüquqi baxımdan müəyyən şəkildə qurulmasına xidmət edir.
Podrat müqaviləsi podratçının müqavilədə nəzərdə tutulan işi icra etmək, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış haqq (muzd) ödəmək öhdəliyini nəzərdə tutan müqavilədir. Podrat müqaviləsinin predmetini podratçı tərəfindən müəyyən bir işin görülməsi və həmin işin nəticəsinin sifarişçiyə təhvil verilməsi təşkil edir".
Plenum qərarında göstərilir ki, podrat və xidmət müqavilələri fərqli hüquqi nəticələr doğuran müstəqil müqavilə növləridir:
"Təcrübədə bu münasibətlərin qarışdırılması tərəflərin hüquq və vəzifələrinin, məsuliyyətinin və tətbiq edilməli hüquq normalarının yanlış müəyyənləşdirilməsinə səbəb ola bilər. Buna görə müqavilənin hüquqi təbiəti yalnız onun adına görə deyil, faktiki məzmunu, tərəflərin öhdəliklərinin xarakteri və əldə edilməli nəticənin mahiyyəti nəzərə alınmaqla müəyyən edilməlidir.
Podrat müqaviləsində əsas məqsəd gözlə görünən və ya maddiləşə bilən (o cümlədən elektron formada təqdim olunan) konkret nəticənin əldə edilməsidir. Məsələn, daşınmaz əmlak tikilir və ya təmir olunur, yol çəkilir, avadanlıq quraşdırılır, kompüter proqramı hazırlanır və s. İcraçının məsuliyyəti də həmin nəticənin keyfiyyəti ilə bağlıdır".
Xidmətlərin göstərilməsi isə maddiləşə bilən nəticə yaratmadan, sifarişçiyə fayda və ya kömək göstərən fəaliyyətdir. Onun məqsədini həmin fəaliyyətin özü təşkil edir:
"Məsələn, mühafizə və ya təmizlik xidməti, hüquqi və ya mühasibatlıq xidməti, tədris xidməti və s. Xidmət göstərən şəxs konkret nəticənin əldə olunmasına zəmanət vermir. Onun məsuliyyəti podrat münasibətlərindən fərqli olaraq nəticənin keyfiyyəti ilə deyil, fəaliyyətin özünün lazımi qaydada və vicdanla icrası ilə bağlı olur.
Mülki Məcəllədə podrat müqaviləsi üçün xüsusi forma tələbi müəyyən edilməsə də, kommersiya fəaliyyətinin qanunvericilik əsasları (Vergi Məcəlləsi, Şəhərsalma və Tikinti Məcəlləsi, "Nağdsız hesablaşmalar haqqında" Qanun və s.) kommersiya subyektləri arasında belə müqavilələrin yazılı formada bağlanmasını zəruri edir".
Kommersiya münasibətlərinin sistemli, mürəkkəb, gəliryönümlü, risk və məsuliyyət daşıyan xarakteri bu münasibətlər üzrə daha yüksək sübutetmə standartını tələb edir:
"Yazılı müqavilə tərəflərin iradəsinin dəqiq, birmənalı və aydın ifadəsini təmin edir, hüquqi müəyyənliyi qoruyur və hüquqdan sui-istifadə imkanını məhdudlaşdırır. Bu baxımdan kommersiya subyektləri arasında olan münasibətlərdə podrat müqaviləsi yazılı formada bağlanmalıdır.
"Dövlət satınalmaları haqqında" Qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri
Plenum Qərarında xüsusi olaraq vurğulanır ki, dövlət satınalmaları haqqında qanunvericiliyin tətbiq olunduğu podrat işləri üzrə şifahi müqavilələrin bağlanmasına yol verilmir".
Şifahi formada və ya "Dövlət satınalmaları haqqında" Qanunda müəyyən edilən qaydalara əməl edilmədən yazılı formada bağlanan müqavilə etibarsızdır:
"Həmin formada bağlanmış müqavilələrdən irəli gələn iddialar üzrə əqdin etibarsızlığının nəticələrinin (yəni, hər bir tərəfin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olması) tətbiq edilməsi, habelə qanundan irəli gələn digər hüquq münasibətlərinin (məsələn, əsassız varlanma) yaranması bir qayda olaraq istisna edilir.
Belə ki, mülki qanunvericiliyin vəzifələrindən birini mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təşkil edir. Mülki Məcəllənin əqdin etibarsızlığının nəticələrinin tətbiqi və əsassız varlanmaya dair qaydaların məqsədi də məhz qanuni hüquq və mənafelərin müdafiəsindən ibarətdir. Qanunvericiliyin tələblərini bilərəkdən pozaraq hüquq münasibətlərinə daxil olan şəxslərin isə qanundan irəli gələn hüquq və mənafeləri yaranmır. Bundan əlavə, əqdin etibarsızlığının nəticələrinin və ya əsassız varlanmaya dair qaydaların tətbiq edilməsi "Dövlət satınalmaları haqqında" Qanunun pozulmasına şərait yaradır. Çünki bu halda həmin müqavilələr üzrə pul vəsaitlərinin ödənilməsi faktiki təmin edilməklə onun yalnız hüquqi əsası dəyişmiş olur".
Bu qəbildən olan işlərə baxılarkən, müvafiq dövlət orqanının vəzifəli şəxslərinin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarsa, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad da qəbul edilməlidir:
"Bununla yanaşı, Plenum istisna halları da nəzərdə tutur. Bu qəbildən olan işlərə baxılarkən, podratçıların hansı sahədə və neçə müddət fəaliyyət göstərmələri, əvvəllər dövlət orqanları ilə müqavilə münasibətlərində olub-olmamaları, onların "Dövlət satınalmaları haqqında" Qanunun tələblərindən məlumatlı olub-olmamaları nəzərə alınmalıdır. Belə qiymətləndirmə nəticəsində həmin şəxslərin müqavilələrin qanunazidd olmasını bilmədikləri, bunu bilməyə imkanlarının olmadıqları və bu baxımdan vicdanlı hərəkət etmələri müəyyən edildikdə, həmin işlər üzrə çəkilmiş xərclərin dəyəri orta bazar qiymətlərinə əsasən müəyyən edilərək, əsassız varlanma qaydalarına uyğun olaraq dövlət orqanlarından tutulmalıdır".
Podrat münasibətlərində hüquqi risklərin qarşısının alınmasının ən etibarlı yolu müqavilənin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsidir:
"Müqavilə bağlanarkən peşəkar hüquqi yardımdan istifadə olunması kommersiya risklərini azaltmaqla yanaşı, sonradan uzunmüddətli məhkəmə mübahisələrinin və əlavə xərclərin qarşısını ala bilər".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ceyhun Bayramov yeni səfirlə müzakirə aparıb - XİN-dən açıqlama
Bugün, 12:59 SİYASƏT
-
Laçında Beynəlxalq Film Festivalı: kimlər mükafatlandırldı? - FOTOLAR
Bugün, 12:54 MƏDƏNİYYƏT
-
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” - “İrşad Electronics”lə bağlı şok iddialar
Bugün, 12:43 CƏMİYYƏT
-
Boğazında ət tikəsi qaldığından bıçaqla deşdi - Qanaxmadan öldü
Bugün, 12:32 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:21 CƏMİYYƏT
-
Universitetlərə qeydiyyat başlayır
Bugün, 12:07 GÜNDƏM
-
QƏBULLA BAĞLI STATİSTİK MƏLUMATLAR... - DİM sadaladı
Bugün, 11:59 GÜNDƏM
-
Aparıcı Nigar Fərhad saxlanıldı
Bugün, 11:48 PRESS
-
"Rabitəbank"ın səhmdarları arasında dəyişiklik olub - SİYAHI
Bugün, 11:39 İQTİSADİYYAT
-
"Yeraltı"nın aktrisası bu dəfə görüntüləri ilə gündəm oldu - FOTLAR
Bugün, 11:34 ŞOU-BİZNES
-
"Fənərbağça" futbolçularına mükafat veriləcək
Bugün, 11:34 İDMAN
-
Prezident İlham Əliyev Maya Sanduya məktub göndərib - MƏTN
Bugün, 11:25 GÜNDƏM
-
Jurnalist vəzifəyə təyin olundu
Bugün, 11:19 PRESS
-
İSRAİL GECƏYLƏ İKİ ÖLKƏYƏ GİRDİ: Bölgə yenidən böyük müharibəyə sürüklənir
Bugün, 11:14 GÜNDƏM
-
Sosial şəbəkələrdə saxta elan və səhifələr... - DİN-dən daha bir xəbərdarlıq
Bugün, 10:56 CƏMİYYƏT
-
Elm və Təhsil Nazirliyi dərsliklərlə bağlı məlumat yaydı
Bugün, 10:50 CƏMİYYƏT
-
Hərracda 44 maşın satıldı: "KAMAZ" 21 min, ekskavator-yükləyici 15 100 manata...
Bugün, 10:41 İQTİSADİYYAT
-
TENDER MÜQAVİLƏLƏRİ... - Ali Məhkəmə mübahisəli vəziyyətlərlə bağlı vahid qərar qəbul etdi
Bugün, 10:06 İQTİSADİYYAT
-
Azərbaycan nefti cüzi ucuzlaşıb
Bugün, 09:44 İQTİSADİYYAT
-
Ermənistanın sabiq prezidenti barədə məhkəmə qərar verdi (YENİLƏNİB)
Bugün, 09:31 GÜNDƏM
-
Serdal Adalı: "TFF bu adamı vəzifəsindən uzaqlaşdıra bilmir!"
Bugün, 09:17 İDMAN
-
"Mançester Siti" Əyyub Buaddini transfer edib
Bugün, 09:06 İDMAN
-
"Bloomberg"dən dünyanı tədirgin salan iddia: "Rusiyanın taktiki nüvə silahlarından istifadə edəcək"
Bugün, 00:54 GÜNDƏM
-
Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra tarix yazdı
Bugün, 00:54 İDMAN
-
Berlində İkinci Dünya Müharibəsi dövrünə aid 100 kq-lıq bomba tapılıb
Bugün, 00:20 DÜNYA
-
"Qalatasaray"dan TFF-yə - Sərt etiraz
Bugün, 00:20 İDMAN
-
Nepalda qəfil sel: ölənlərin sayı 160-a çatıb: 500-dən çox insandan hələ də xəbər yoxdur - Çin lideri əmr verdi
Bugün, 00:06 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Dünyanın üç milyarderi dənizdə bir araya gəldi - Sirli görüşün görüntü yayıldı (FOTO)
Bugün, 00:01 İQTİSADİYYAT
-
MİQ-in növbəti vakansiya seçiminə start verilir
26.08.2026, 22:51 CƏMİYYƏT
-
Haluk Leventin "İnstaqram" hesabı bloklandı
26.08.2026, 22:19 PRESS
-
Mənsur Yavaş siyasi qərarını verdi: "O, bizə dedi ki..."
26.08.2026, 21:18 SİYASƏT
-
Kılıçdaroğlu daha 50 nəfəri partiyadan xaric etdi
26.08.2026, 20:46 DÜNYA
-
Azərbaycanda zəlzələ olub
26.08.2026, 19:26 GÜNDƏM