"ABŞ-ın iqtisadi təzyiqi qarşısında geri çəkilməyəcək, lazım gələrsə..." - İrandan sərt xəbərdarlıq

\"ABŞ-ın iqtisadi təzyiqi qarşısında geri çəkilməyəcək, lazım gələrsə...\" - İrandan sərt xəbərdarlıq

İQTİSADİYYAT

Bugün, 13:49

"ABŞ-ın iqtisadi təzyiqləri İran xalqının dolanışığını çətinləşdirərsə, bu, ABŞ-ın və onunla əməkdaşlıq edən ölkələrin iqtisadi maraqlarını təhlükəyə atacaq".

Mia.az xəbər verir ki, bu sözləri İran Parlamentinin sədr müavini Əli Nikzad ISNA Xəbər Agentliyinı müsahibəsində deyib.

O, Parlamentin açıq iclasında çıxış edərək bildirib ki, İran ABŞ-ın iqtisadi təzyiqlərinin qarşısından da geri çəkilməyəcək və milli təhlükəsizliyini və maraqlarını yeri gələrsə, hərbi güclə qoruyacaq: "Xəyalpərəst düşmənlərimiz tam iqtisadi blokadadan danışırlar, amma Amerika bilməlidir ki, İran xalqı bu cəfəngiyata təslim olmayacaq, məqamı gələrsə, düşmənlərini cəzalandıracaq, onların iqtisadi maraqlarını ciddi şəkildə təhlükəyə yaradacaq".

Tahir 

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR