Rusiya "Starlink"ə rəqib qlobal peyk internet şəbəkəsi yaradır - "Şəfəq" gələn il istifadəyə veriləcək

Rusiya \"Starlink\"ə rəqib qlobal peyk internet şəbəkəsi yaradır - \"Şəfəq\" gələn il istifadəyə veriləcək

GÜNDƏM

Bugün, 12:13

Rusiya ABŞ-da yerləşən SpaceX Starlink sisteminə alternativ olaraq yüzlərlə aşağı orbitli peykdən ibarət internet şəbəkəsi qurur.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  "Rassvet" adı verilən yeni peyk internet sisteminin 2027-ci ildə istifadəyə verilməsi planlanıb.

Məlumatda deyilir ki, bu yeni sistemn "Starlink"lə rəqabətdən üstün çıxacaq: "Rusiyanın "Bureau 1440" aerokosmik şirkəti iyul ayında "Rassvet" (Şəfəq) sistemi üçün ikinci kütləvi peyk buraxılışını həyata keçirib. Şirkət son buraxılışda orbitə göndərilən peyklərin sayını açıqlamasa da, peyklərin daşıyıcı raketdən uğurla ayrıldığını və uçuş idarəetmə mərkəzinin nəzarəti altına keçdiyi gizlədilməyib".

Məlumatda o da bildirilib ki, mart ayının sonunda ilk seriyalı istehsal partiyasından 16 peyki orbitə göndərən "Bureau 1440" peyki, 2023 və 2024-cü illərdə həyata keçirilən eksperimental missiyalarla peyk rabitəsi, peyklərarası bağlantı və yerüstü sistemlərlə bağlı texnologiyaları uğurla sınaqdan çıxarıb: ""Rassvet" layihəsi 2027-ci ildə kommersiya internet xidmətini istifadəyə verəcək. Buna paralel olaraq, 2030-cu ilə qədər ehtiyat peyklər də daxil olmaqla, əlavə 292 peyk orbitə yerləşdiriləcəkr. Bununla da Rusiya 924 peyklə kosmosdan internet sistemində mühüm gücə çevrilməyi hədəfləyib"

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR