QHT sədri: “İİV haqqında qanunun yenilənməsinə ehtiyac var”
CƏMİYYƏT
Bugün, 12:17
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2006-cı ildən AİDS, vərəm və malyariyaya qarşı mübarizə üzrə Qlobal Fondla (QF) əməkdaşlıq edir və bu sahədə müxtəlif qeyri-hökumət təşkilatları (QHT-lər) zərərin azaldılması proqramlarının tətbiq edilməsi istiqamətində tərəfdaş rolunu oynayır.
Mia.az xəbər verir ki, insanın immumçatışmazlığı virusu (İİV) ilə bağlı həm ictimai tədbirlərdə, həm də risk qrupları arasında fəaliyyətlərdə QHT-lər fəal iştirak edir.
Bununla bağlı məlumat verən, “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva bildirir ki, təşkilat risk qrupuna daxil olan qadınlar arasında zərərin azaldılması layihələrini həyata keçirir: “Risk qrupları olan seks-biznes işçiləri, inyeksion narkotik istifadəçiləri olan qadınlar və İİV-lə yaşayan insanlar arasında İİV-in profilaktikasını, müalicəyə sadiqliyin təşviqini, ictimai maarifləndirməni həyata keçirmək asan deyil. Qrup qapalı olduğu üçün onlar arasında tay-taya yolu ilə etibarlı əlaqə qurulur, daha sonra müayinələrə cəlb olunur, müalicəyə yönəldilir”.
QHT sədrinin sözlərinə görə, layihə əməkdaşları bu fəaliyyətlərin həyata keçirilməsi üçün bilik və bacarıqlarının gücləndirlməsi məqsədilə QF, Səhiyyə Nazirliyi və RQMM-nin təlimlərinə cəlb olunub, beynəlxalq və yerli ekspertlərin vasitəsilə təlimlər keçərək peşəkar multidissiplinar komandaların üzvü kimi formalaşıblar: “Heç təsadüfi deyil ki, məhz belə təlimlərdə Birliyin layihə əməkdaşları ölkəmizdə ilk dəfə İİV-ə self testləşməni həyata keçirməyi bacaran şəxslər kimi tanınaraq müvafiq sertifikatlarla təmin ediliblər”.
Zərərin azaldılması layihələri 20 ildir, Azərbaycan hökuməti tərəfindən həm də qanunvericilik səviyyəsində dəstəklənərək həyata keçirilir və məhz “İİV haqqında qanun”a zərərin azaldılması fəaliyyətlərinin İİV-in profilaktikasında effektiv üsul olaraq əlavə edilməsi üçün təşəbbüs göstərən və bu xüsusda Səhiyyə Nazirliyi, RQMM və parlament üzvləri ilə əməkdaşlıq edən vətəndaş cəmiyyəti təşkilatları olub: “Qanun 2010-cu ildə qəbul olunub və ötən illər ərzində İİV-lə mübarizə sahəsində bir sıra yeniliklər baş verib. Bu yeniliklərin qanunla əks olunmasına ehtiyac var. Ümid edirəm ki, biz ən yaxın vaxtda bu məsələyə münasibət öyrənə biləcəyik”.
Z.Mustafayeva onu da əlavə edir ki, QF-a ölkə layihə müraciətinin hazırlanmasında 2009-cu ildən etibarən iştirak edir: “Vətəndaş cəmiyyəti subyekti olaraq Səhiyyə Nazirliyi və RQMM-nin ekspert qrupunun işinə töhvə veririk. Hazırda ölkəmiz QF-a yeni layihə müraciəti hazırlayır və 2027-2030-cu illəri əhatə edən ölkə layihə müraciətində bir sıra yeni təkliflər hazırlanır. Biz zərərin azaldılması layihələrinin tətbiqi ilə bağlı əldə etdiyimiz təcrübəyə və peşəkarlığına əsaslanaraq ölkəmizin QF-a layihə ərizəsi üçün faydalı və səmərəli təkliflər verməyə çalışırıq”.
Hüseyn
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Seymur Salahzadə Ukraynada saxlanılıb
Bugün, 20:22 KRİMİNAL
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
Bugün, 20:17 GÜNDƏM
-
Kenan Yıldız ağır zədə aldı - İki ay oynamayacaq
Bugün, 19:23 İDMAN
-
Mikayıl Cabbarov "Özbəkistan 24" telekanalına müsahibə verib
Bugün, 18:45 İQTİSADİYYAT
-
İXTİSAS SEÇİMİNİN NƏTİCƏLƏRİ AÇIQLANDI - Boş qalan yerlərə nə vaxt qəbul aparılacaq?
Bugün, 18:35 GÜNDƏM
-
Heydər Əliyev Fondunun vitse-prezienti Özbəkistan prezidentinin qızları ilə bir arada - FOTO
Bugün, 18:00 CƏMİYYƏT
-
APARAT RƏHBƏRİ DƏYİŞDİ - Komitədə yeni təyinatlar
Bugün, 17:55 GÜNDƏM
-
Elçibəyin qardaşı qızının evi əlindən alındı - DETALLAR
Bugün, 17:51 GÜNDƏM
-
Hikmət Hacıyev Ukraynanın III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edilib
Bugün, 17:46 GÜNDƏM
-
Elgizin yeni verilişi harada yayımlanacaq? - Açıqlama
Bugün, 17:31 PRESS
-
Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini izləyib
Bugün, 17:29 SİYASƏT
-
Mənsur Yavaş siyasətdən gedir: "Əgər şərtlər formalaşmazsa..."
Bugün, 17:14 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Buxara şəhərinə gedib - VİDEO (Yenilənib)
Bugün, 16:47 GÜNDƏM
-
Prezidentlər və birinci xanımlar Buxarada: İsmayıl Samani türbəsi ilə tanışlıq oldu (Yenilənib)
Bugün, 16:35 GÜNDƏM
-
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu keçirəcək
Bugün, 16:14 CƏMİYYƏT
-
ABŞ-da güclü meşə yanğını: 42 mindən çox insan təxliyə olunub
Bugün, 15:56 DÜNYA
-
Tokayev Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinə yeni sədr təyin edib
Bugün, 15:44 DÜNYA
-
“TikTok” üçün video çəkən yeniyetməni “tok” vurdu - Bakıya vəfat etdii (Yenilənib)
Bugün, 15:30 CƏMİYYƏT
-
“Bakı Şəhər İşığı” çıraq alacaq - 1.6 milyonluq
Bugün, 15:16 İQTİSADİYYAT
-
Çempionlar Liqası: "Hapoel"in azarkeşləri "Sabah"la oyuna 460 bilet alıb
Bugün, 15:08 GÜNDƏM
-
Prezidentlərin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu
Bugün, 14:50 İQTİSADİYYAT
-
Günə 77 qəpiyə "Nar"dan smartfon!
Bugün, 14:25 İQTİSADİYYAT
-
Nazir, komitə və Agentlik rəhbərləri... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
Bugün, 14:17 GÜNDƏM
-
Macarıstanda qırıcı qəzaya uğradı
Bugün, 14:03 DÜNYA
-
Azercell məşhur oyun platforması “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır
Bugün, 13:59 İQTİSADİYYAT
-
Rüfət Səfərov yenidən hakim qarşısına çıxarıldı - QƏRAR VERİLDİ
Bugün, 13:51 SİYASƏT
-
Bakıda 42 yaşlı arvad ərini bıçaqladı
Bugün, 13:49 KRİMİNAL
-
"Ən əsas sənədlər ölkələrimiz arasında Əbədi dostluq haqqında Müqavilə..." - Ceyhun Bayramov
Bugün, 13:49 SİYASƏT
-
"Söz vermişəm ki, tapşırıqla futbolçu götürməyəcəm“ - Ayxan Abbasovla MÜSAHİBƏ
Bugün, 13:36 İDMAN
-
Səhnə arxasındakı çılpaq həqiqət - Niftalı Namazlının itirilməyən səsi (Monoloq)
Bugün, 13:33 MƏDƏNİYYƏT
-
Əniştə Əkrəm Əylislini niyə öpmüş və ya AYB-nin üz qarasının taleyi
Bugün, 13:20 YAZARLAR
-
Səlahəddin Dəmirtaş prezident olmaq istəyir? - Görüşdən çıxan deputatdan açıqlamalar
Bugün, 13:09 SİYASƏT
-
Paşinyan: "Ermənistanı KTMT-dən çıxarmaq qərarına sevinərəm"
Bugün, 12:59 SİYASƏT