QHT sədri: “İİV-ə yoluxma həyat tərzi problemi deyil”
CƏMİYYƏT
24.08.2026, 10:13
Mia.az-ın müsahibimiz “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayevadır:
- İİV barədə ictimai maarifləndirməyə hər zaman ehtiyac var. Sadəcə, indi insanlar informasiya texnologiyaları dövründə müxtəlif mənbələrdən məlumat ala bilir. Bilimsizlik vəziyyəti yoxdu. Digər tərəfdən, əvvəllər ictimai layihələr müxtəlif dövlət qurumları tərəfindən həyata keçirlirdi. Bu fəaliyyət isə AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fond (QF) tərəfindən maliyyələşirdi. Ümimiyyətlə, QF 2006-cı ildən ölkəmizdə İİV-ə cavab tədbirlərinin gücləndirilməsi üçün maliyyə ayırır. Amma zaman keçdikcə, ölkənin də üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi zərurəti yaranır. Müxtəlif dövlət qurumları artıq öz büdcəsində İİV-lə bağlı maarifləndirməyə vəsait ayırmalıdı. Onlar bu fəaliyyəti yerinə yetirmədiyi üçün ictimai maarifləndirmə tədbirlərinin də sayı azalır, yaxud heç həyata keçirilmir.
- Qlobal Fondun digər proqramları ölkədə davam edirmi?
- Bəli, vətəndaş cəmiyyəti təşkilatları QF-un zərərin azaldılması proqramları çərçivəsində işini davam etdirir. Qeyri-hökumət təşkilatları (QHT) bu fəaliyyətini dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində qurur. Proqramın əsas resipiyenti Səhiyyə Nazirliyidi. QHT-lər Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) ilə sıx tərəfdaşlıq çərçivəsində risk qrupları arasında İİV-in profilaktikasını həyata keçirir. Profilaktika proqramları müxtəlif QHT-lər tərəfindən 3 hədəf qrupu arasında təşkil olunur. Bizim layihədə də hədəf qrupu olan seks xidməti göstərən qadınların (SBİ) profilaktika, müayinə və müalicəyə yönəldilməsi, qoruyucularla təmin edilməsi həyata keçirilir. Təşkilatımız 2006-cı ildən bəri Səhiyyə Nazirliyi və RQMM-nin etibarlı tərəfdaşı olaraq, İİV və narkotiklərlə mübarizə sahəsində uğurlu fəaliyyət həyata keçirərək, müxtəlif layihələrdə dövlətin risk qrupları arasında apardığı profilaktika və maarifləndirməyə dəstək verib. İİV, hepatitlər, narkotiklərlə mübarizə sahəsində layihələr həyata keçirərək, ictimai maarifləndirmə, hədəf qrupları arasında zərərin azaldılması proqramlarının tətbiqi, qanunvericilik, hüquqi-normativ aktların ictimai müzakirəsinə dəstək verib.
COVİD-19 pandemiyası dövründə layihə əməkdaşları İİV-lə yaşayan insanların həyat üçün vacib olan ARV (antiretrovirus) terapiya preparatlarının ölkənin 9 regionu üzrə birbaşa evlərinə çatdırlmasını 1 il boyunca könüllü təmin edib. Bu, İİV-lə yaşayan insanların anonimliyinin qorunması şərtilə və layihə əməkdaşlarının peşəkarlığı ilə baş tutub. Biz İİV-lə yaşayan insanların ARV müalicəyə sadiqliyinin təmini üçün Səhiyyə Nazirliyi və RQMM-yə ictimai dəstək göstəririk.
Hüseyn
Mİa.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Suriyada yanacaq qiymətləri bahalaşdı, etirazlar böyüdü
Bugün, 00:41 DÜNYA
-
HUSİLƏR YƏMƏNİ SÜRƏTLƏ ƏLƏ KEÇİRİR: hökumət itkiləri etiraf elədi, qruplaşma isə...
Bugün, 00:29 GÜNDƏM
-
Hakan Fidan Şeybani və Xəttabla görüşüb
Bugün, 00:24 DÜNYA
-
İndoneziyada 243 nəfərin olduğu gəmi batıb - 140 nəfər yoxa çıxıb
Bugün, 00:17 DÜNYA
-
Hörmüz boğazında İran gəmisi vurulub - Ölən və yaralananlar var
Bugün, 00:07 GÜNDƏM
-
Aktrisa saxlanıldı - Narkotik ittihamı ilə
Bugün, 00:06 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
"Qalatasaray" doğma meydanında qalib gəldi
13.09.2026, 23:03 İDMAN
-
"İçində ilan zəhərini gəzdirən biri gəlib öz zəhərini tökür…" - İcra başçısı qəzəbləndi
13.09.2026, 22:30 SİYASƏT
-
"Kurtlar Vadisi" serialının ssenaristləri istintaqa çəkildi - Kəşfiyyatçının sirli ölümü ilə bağlı
13.09.2026, 21:53 MƏDƏNİYYƏT
-
BAKIDA DAHA BİR DƏBDƏBƏLİ TOY: SOCAR-da işləyən qızın toyuna türkiyəli müğənnilər də gəlib + VİDEO, FOTOLAR
13.09.2026, 17:40 MƏDƏNİYYƏT
-
Əhdiman və dostu qalmaqallı videoya görə saxlanıldı
13.09.2026, 14:53 PRESS
-
Mətbudaşlar, Şuşaya yox, problemlərin üstünə gedin!
13.09.2026, 14:47 PRESS
-
Sabah yağış yağacaq
13.09.2026, 12:22 CƏMİYYƏT
-
"Şəki yaylası"da faciəli şəkildə ölən Coşqunun dayısı: "Dedilər ki, digər meyit 200 metr aralıdadır, gedib gördüm..." - VİDEO
13.09.2026, 09:27 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13.09.2026, 00:05 MƏDƏNİYYƏT
-
Diplomat və hərbi attaşelər "İstisu" zavodunda - FOTOLAR
12.09.2026, 21:36 GÜNDƏM
-
Xarici İşlər Nazirliyi məlumat yayıb
12.09.2026, 18:09 SİYASƏT
-
Hikmət Hacıyev diplomatların qarşısında erməni yalanını belə ifşa etdi - VİDEO
12.09.2026, 14:40 SİYASƏT
-
Diplomatlar Gəncəsər Monastır Kompleksində - VİDEO
12.09.2026, 13:16 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
12.09.2026, 13:09 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü
12.09.2026, 11:01 İQTİSADİYYAT
-
Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı... - Şəfiqə Məmmədova haqqında nəyi bilirik?
12.09.2026, 10:53 MƏDƏNİYYƏT
-
"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam və..." - Misir Mərdanov fikirlərinin təhrif edildiyini deyir
12.09.2026, 10:09 SİYASƏT
-
“ASAN Kommunal” mərkəzinin yerləşdiyi bina kimindir? - 660 min manatlıq sövdələşmə barədə maraqlı faktlar yayıldı
12.09.2026, 09:07 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12.09.2026, 00:02 CƏMİYYƏT
-
İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanını "dalan"a dirədi: "Şərq-Qərb boru kəməri qapadıldı"
11.09.2026, 23:21 GÜNDƏM
-
"Fənərbağça"dan Baş məşqçi ilə bağlı daha bir - Açıqlama
11.09.2026, 23:14 İDMAN
-
Abdullah Öcalana adada villa tikilib: bağlı-bostanlı və... - Nələr yoxdur ki...
11.09.2026, 23:03 SİYASƏT
-
Ərdoğan adını daşıyan universiteti ziyarət edib - FOTO
11.09.2026, 19:44 GÜNDƏM
-
Norveç Şahzadəsi vəfat etdi - 94 yaşında
11.09.2026, 18:48 DÜNYA
-
İmamoğluna artıq siyasi fəaliyyət qadağası qoyuldu, iş kəsildi - Məhkəmə iki dəfə bəraət aldığı qərarı dəyişdirdi, zalda gərginlik böyüdü
11.09.2026, 18:22 SİYASƏT
-
"Fənərbağça"da İsmayıl Kartal dövrü başa çatdı - Baş məşqçi geri dönmədi
11.09.2026, 18:00 İDMAN
-
Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub
11.09.2026, 17:58 İQTİSADİYYAT